“ABŞ Türkiyəyə qarşı son “kozır”ını masaya qoyub” – Rus ekspert

Baxış sayı:
8431

ABŞ Xarici İşlər Nazirliyinin Türkiyənin Rusiyadan S-400 raket müdafiə sistemləri aldığı təqdirdə müxtəlif sanksiyaların tətbiq oluna biləcəyi yönündəki açıqlamasını analiz edən Rus ekspert Vladimir Fitin, Vaşinqtonun Türkiyə və Rusiya arasındakı yaxınlaşmanı baltalamaq üçün əlindən gələni etməyə çalışdığını ifadə edib.
 
Rusiya Strateji Araşdırmalar İnstitutu Yaxın Şərq Araşdırmaları Mərkəzinin rəhbəri Vladimir Fitin, Sputnik-ə verdiyi müsahibədə, ABŞ-ın Türkiyə və Rusiya arasındakı əməkdaşlığın güclənməsinə qarşı çıxdığını ifadə edib:
"Bu Amerikan siyasətinin ana prinsipidir, özlərinin doğru saydıqları və ABŞ-ın maraqlarına xidmət edən şeyləri bütün ölkələrə diktə etmək istəyirlər. Onların qlobal gündəminin əsas mövzusu dünyanın hər yerində davamlı olaraq Rusiyanın əleyhinə çıxmaqdır. Suriya sahəsində də, bu ölkədəki çözümlə əlaqədar bütün mövzularda da bu belədir. Bu səbəblə Türkiyənin Rusiya ilə əlaqələrinin güclənməsi ilə əlaqədar hər şey Amerikan maraqlarına ziddir. Onlar bu yaxınlaşmanın baltalanması üçün lazımlı hər şeyi etməyə çalışırlar".
Rusiya istehsalı S-400 raket müdafiə sistemlərinin Türkiyəyə təhvil verilməsi ərəfəsində ABŞ-ın Türkiyəni  bu işdən vaz keçirmək üçün son cəhdlər etdiyini söyləyən Fitin, sözlərinə belə davam edib:
"Türkiyə ilə münasibətlərimizdə prinsipial məsələlərdən biri S-400 raket müdafiə sistemlərinin təhvil verilməsinə dair razılaşmadır. Ancaq amerikalılar son zamanlarda davamlı olaraq mümkün olan bütün üsullarla bu müqaviləyə maneə törətməyə çalışdılar. Amerikalıların çox güclü təzyiqinə baxmayaraq Türk tərəfi, prezident səviyyəsində  belə razılaşmanın qəti olduğunu və geri dönüş yolu olmadığını dəfələrlə təsdiq etdi. İndi artıq Amerikalılar son “kozır”larını masaya qoyaraq, “S-400-dən əl çəkməsəniz Patriot sistemlərinin çatdırılması ilə əlaqədar təklifimizi geri çəkəcəyik və F-35 qırıcı təyyarələrini təslim etməyəcəyik” deyirlər. Türk şirkətlərinin bu təyyarələrin müəyyən hissələrinin istehsalındakı iştirakı da gündəmdədir. Yəni ABŞ, Türkiyəyə maksimum təzyiq etməyə cəhd edir".
Müxalifət.az