ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər

ABŞ Türkiyənin Rusiyadan aldığı S-400 raketlərinə görə bu ölkəyə qarşı sanksiyalar tətbiq edə bilər.
 
Demokratlar partiyasının nüfuzlu senatoru Ben Kardin bununla bağlı təklif verib. Onun fikrincə, ABŞ-ın Kremlə qarşı sanksiyaları gücləndirdiyi məqamda Ankaranın bu ölkədən silah alması NATO-ya üzvlüklə doğru gəlmir.
 Maliyyə naziri Stiven Mnuçin və Dövlət katibi Reks Tillersona məktub ünvanlayan senator Ankaraya silah satışının dayandırılması və NATO-ya üzvlüyü ilə bağlı müzakirələrə ehtiyac olduğunu vurğulayıb.
 Ankara və Moskva bir neçə gün öncə S-400 “Triumf” zenit-raket kompleksinin satışı ilə bağlı yekun müqavilə imzalamışdı.