ABŞ-ın Türkiyəyə qarşı çirkli planı ortaya çıxdı - ŞOK DETALLAR

Baxış sayı:
10405

19 min TIR və 5 min yük təyyarəsi dolu silah və sursatla Suriya PKK-sını təhciz edən ABŞ, İraqın şimalındakı Sincarı ikinci Qəndilə çevirmək istəyir. 2014-ün avqustunda İŞİD bəhanəsi ilə terror təşkilatı vasitəsilə işğal edilən Sincarda fəallıq artıb.
 
Ötən mart ayında bölgəni tərk edərək İraq ordusuna təslim etdiyi iddia edilən terror təşkilatı, bu tezisin əksinə, Sincardaki varlığını daha da artırıb. Türkiyə-İraq-Suriya üçbucağında ən strateji bölgələrindən biri olan Sincara ABŞ, yeni terrorçu qrupları göndərir. İraq Türkmən Cəbhəsi Təşkilatının sədri Mehmet Seman Ağaoğlu, Sincarı ikinci Qəndilə çevirmək istəyən ABŞ-ın, Türkiyənin Mosulun şimal-şərqindəki Başika bazasında yerləşən hərbi varlığına qarşı təhdid formalaşdırmağı qarşısına məqsəd qoyduğunu söyləyib. Ağaoğlu, "PKK-lı terrorçuları buraya ABŞ hərbi qüvvələri gətirdi. Amerikanın hədəfi Başika şəhərciyindəki TSQ qüvvələrinin yolunu kəsməkdir. ABŞ həmçinin Mosul yolunu da kəsməyi hədəfləyir" deyib. Sincarın strateji əhəmiyyətinə diqqət çəkən Ağaoğlu, bu həmlənin Türkiyənin Ovaköy Sərhəd Məntəqəsinin açılışı ilə bağlı addımına qarşı olduğuna işarə edərək bunları söyləyib:
 
OVAKÖY ÇOX ƏHƏMİYYƏTLİDİR
 
“Sincara hakim olan, İraqın şimalına, Suriyada PKK işğalındakı regiona və Türkiyənin cənub-şərqinə də hakim olur. Sincara hakim olan, İraq və Türkiyə arasında açılması istənilən Ovaköy Sərhəd Məntəqəsinə də hakim olur. Ovaköy yalnız ikinci bir sərhəd qapısı deyil. Bəlkə də gələcəkdə İraq hökuməti və Türkiyə arasında yeganə sərhəd qapısı olacaq. Habur (İbrahim Xəlil Sərhəd Qapısı), İraq Regional Rəhbərliyinə açılır və Ərbil, iki ölkə arasındakı ticarətlə bağlı problemlər yaradır. Ovaköy açılsa, ticarət asanlaşacaq. Razılıq əldə olunub, amma yeganə çətinlik mühafizə məsələsi ilə bağlıdır. O da həll ediləndə xətt açılacaq".

Müxalifət.az