ABŞ Türkiyəyə niyə “müharibə” elan etdi: CAVAB 2013-cü İLDƏ GİZLİDİR

Baxış sayı:
7240

ABŞ-Türkiyə böhranı bu günə aid bir məsələ deyil. Keşiş Brunson və ya sanksiya qərarı da elədir. Əslində bu gün yaşadığımız bir çox məsələnin kökü 2013-ə uzanır. Nə üçün? Qısaca xatırlayaq, 2013-də nələr olmuşdu.
 
Taha Dağlı / Haber7
 
BVF-yə BORCU 2013-də BAĞLAMIŞDIQ
 
Təqvimlər 14 may 2013-ü göstərəndə Türkiyə, Beynəlxalq Valyuta Fondu(BVF) ilə borc dəftərini bağlamışdı. 10 illik 23,5 milyard dollar məbləğində borcun son krediti olan 422,1 milyon dollar o gün ödənmişdi.
Bu vəziyyət müstəqil Türkiyə üçün yeni bir eradır.
 
ŞİMALİ İRAQLA NEFT TİCARƏTİ
 
2013-də BVF borcu bitir və Türkiyə iqtisadi müstəqilliyinə qovuşurdu. Son kreditin ödəmə günündən 4 ay əvvəl yanvar ayında Türkiyə, İraqdakı regional rəhbərliklə neft transferi müqaviləsi bağladı. Bu həm Ərbil rəhbərliyi üçün, həm də Türkiyə üçün əhəmiyyətli bir məsələ idi. Ancaq ABŞ-I ciddi narahat etmişdi. Çünki Ankara-Ərbil arasındakı ticari əlaqəyə qarşı çıxan Amerikanın sözçüsü Psaki, "Biz Türkiyə ilə Şimali İraq rəhbərliyi arasındakı neft müqaviləsini dəstəkləmirik" - demişdi.
 
ÇİNLƏ RAKET BAZARLIĞI
 
2013-ün ilk yarısında Türkiyə müdafiə sistemləri ilə bağlı digər bir həmlə etdi. Uzun Mənzilli Hava və Raket Müdafiə Sistemi qəbulu üçün ABŞ yerinə Çinli “CPMIEC” firmasının istehsal etdiyi FD-2000 raket sistemini seçdi. Çinlilərlə aparılan bazarlıq ABŞ və NATO-nu, hətta bəzi AB ölkələrini ciddi şəkildə narahat edib.
 
NETANYAHUNUN ÜZRÜ
 
22 martda ABŞ prezidenti Barak Obama ilə İsrailin baş naziri Netanyahu görüş keçirdi. Görüşdən sonra Netanyahu, Ərdoğana zəng edərək, “Mavi Mərmərə” qətliamından sonra Türkiyənin ən böyük şərtini yerinə yetirdi və üzr istədi.
 
Aralıq dənizi qazı
 
İsrail o prosesdə Şərqi Aralıq dənizində tapdığı qaz ehtiyatlarından qaz çıxarmağa başlamışdı. Türkiyə olmadan çıxan qazı o an üçün heç bir yerə transfer etmirdi. Türkiyə 2013-də ABŞ-İsrailin qazla bağlı istəklərinə qarşı çıxmış və İsrailin təklifini rədd etmişdi. Bu gün Livan, Şimali Kipr və Fələstinin də haqqının yeyilməyə çalışıldığı Şərqi Aralıq dənizi qazı qlobal bir problem olma yolunda irəliləyir. Çünki işin içərisində ABŞ-dan da tutmuş, Aİ və Rusiyaya qədər bir çox ölkə var.
 
AĞ EV ZİYARƏTİ
 
16 may 2013-də Ağ Ev səfəri vardı. O dövrdə baş nazir olan Ərdoğan Obama ilə bir araya gəldi. BVF ilə borc dəftərinin bağlanılmasından yalnız 2 gün sonra həyata keçirilən bu səfər, Türkiyə-ABŞ əlaqələrində yeni bir eranın başlanğıcı idi.
 
DƏRHAL SONRA SƏFƏR HADİSƏLƏRİ BAŞ VERDİ
 
16 maydakı Ağ Ev səfərinə qədər Türkiyə Şimali İraqla neft ticarətinə başladı.
Çindən raket almaq üçün masaya oturdu. İsrailin qaz istəklərinə "yox" dedi. Və BVF-yə Türkiyənin qapısını bağladı. 2 həftə keçməmiş səfər bəhanəsi ilə Türkiyədə dövlət çevrilişinə cəhd edildi.
 
MİSİRDƏ DÖVLƏT ÇEVRİLİŞİNİ 2013-də ETDİLƏR
 
Türkiyə artıq dəqiq bir hədəfdi. Yanında Misiri da hədəf taxtasına qoydular. 3 İyulda Misirdə hərbi çevriliş etdilər. Həmin günlər futbol deyəndə ilk ağla gələn ölkə olan Braziliyada futbol sevdalısı xalq, "Nə üçün dünya kubokuna ev sahibliyi edirik" - deyə gülməli bir bəhanə ilə küçələrə töküldü. Braziliya prezidenti Lua Luadan sonra Venesuela lideri Çavez də xərçəng oldu. Lua Lua xərçəngdən kreslonu, Çavez isə həyatını itirdi.
 
17 DEKABR 2013 VƏ SONRASI
 
Misirin, Braziliyanın edə bilmədiyini Türkiyə dəf etdi. Səfər bitdi və bu dəfə 17 dekabr FETÖ-nun məhkəmə yolu ilə dövlət çevrilişi cəhdi ortaya çıxdı. Onu da dəf etdik, sonra terror hücumları başladı, onu da həll etdik, 15 iyul 2016-da xain dövlət çevrilişi həmləsi ortaya çıxdı.
 
15 İYULDAN SONRA
 
Türkiyə 15 iyul 2016-dakı çevriliş cəhdindən sonra 2013-dən bu yana hədəf olduğu bütün hücumlar və onları hazırlayanlardan bir bir sıyrıldı. Üzərindəki yükü atıb, daha güclü şəkildə müstəqil siyasətinə başladı. Bunun nəticəsini “Fərat Qalxanı” və “Zeytun Budağı” hərəkatlarında gördük, həm içəridə, həm sərhədin qarşı tərəfində PKK terrorunu bitirdik.
 
ABŞ Xarici İşlər NAZİRİ: TÜRKİYƏ TƏKƏRİMİZƏ ÇOMAQ SOXDU
 
Türkiyə 2013-də BVF-yə borcunu bağlayıb, müstəqil xarici siyasət həyata keçirməyə çalışarkən, bir sıra ölümcül təcavüzə məruz qaldı.
Hücumları bir-bir dəf edib, güclənərək, 2013-də etmək istədiyi hər şeyi 2016 etibarilə həyata keçirdi. PKK problemi də həll edildi, raket sistemləri və nüvə enerjisi də.
Aprel ayında Afrin hərəkatında sonra ABŞ dövlət katibi olmağa hazırlaşan Mayk Pompeo, "Türkiyə Afrində təkərimizə çomaq soxdu”" - demişdi. Əslində bugünkü böhranın tək cümləlik xülasəsi, budur, "Türkiyə ABŞ-ın təkərinə hər zaman çomaq soxdu".
Və indi əllərində tək bir hücum silahı qaldı.
 O da iqtisadi.
Bunun üçün də xüsusilə 24 iyun seçkilərindən sonra ard-arda tətiyə basıblar.
Tərcümə etdi: Müxalifət.az