ABŞ Türkiyəni PKK-ya satdı: Əməliyyat planı terrorçulara sızdırıldı

Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ PKK lideri olan Cəmil Bayıkı həbs etmək üçün İraqa gedən Türk kəşfiyyatçılarını KYB üzərindən PKK-ya bildirib. Əməliyyatçılar pusquya düşürülüb və əsir götürülərək Qəndilə aparılıb.
 
Bu barədə BMT Baş Assambleyası işləri çərçivəsində Nyu-yorkda olan Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Ərəb mediasına danışıb.
Bununla da  ABŞ-PKK ittifaqını ortaya qoyan yeni bir dəlil ortaya çıxdı. ABŞ-ın PKK dəstəbaşı Cəmil Bayıka qarşı Türkiyənin əməliyyat hazırlığını terror təşkilatına sızdırdığı öyrənilib.
  MİT iyul ayında KCK İcra Şurasının Sədri Cəmil Bayıkın bel ağrısından dolayı Süleymaniyyədə bir xəstəxanaya yatacağı kəşfiyyatını alıb. MİT bu kəşfiyyat məlumatından sonra dərhal Cəmil Bayıkı almaq üçün əməliyyat hazırlığına başlayıb. Ancaq Mərkəzi Kəşfiyyət İdarəsi MİT-in əməliyyatından xəbər tutub və bu məlumatı Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) üzərindən PKK-ya çatdırıb. Buna görədə Bayık xəstəxanaya getməyib. Bölgəyə gedən əməliyyatçılar əliboş geri qayıdıb. Bunun üzərinə hərəkətə keçən PKK, aralarında iki MİT əməkdaşının da olduğu komandaya Süleymaniyyə-Ərbil yolu üstündə pusqu qurub və onları ələ keçirib.
 Bu hadisədən sonra Türkiyə KYB-nin Ankaradakı nümayəndəliyini bağlayıb. Nümayəndə Behroz Gelali isə deportasiya edilib.
 PKK  MİT-ə mənsub adamların əllərində olduğunu, yaxında kimliklərini də açıqlayacaqlarını irəli sürüb.
Müxalifət.az