ABŞ-ın Türkiyəni nəzarətə almaq cəhdi

Baxış sayı:
2635

ABŞ, Türkiyəyə 60 kilometr məsafədəki Dədəağaç bölgəsinə yeni nəsil radar sistemi qurur. Radarın, Meriç regionu ilə boğazlar və Şimali Egey dənizi adalarını daraya, hava və qurudan səs və görüntüləri müəyyən edəcək səviyyədə olduğu müəyyən olunub.
 
Suriyadakı terrorçulara hər cür dəstəyi verməkdən çəkinməyən, "Düşmənimin düşməni dostumdur" məntiqi ilə hərəkət edən ABŞ-ın Yunanıstandakı fəallığı sürətlənib. Yunanıstanın Krit və Kerpe-de hərbi baza təklif etdiyi, ABŞ-ın prioriteti isə Türkiyə sərhədi ilə Dardanel boğazına yaxın olan Dədəağaç bölgəsidir.
ABŞ rəsmilərinin Dədəğaçdaki araşdırmalarından sonra, Meriç bölgəsini və boğazlarla yanaşı, Şimali Egey dənizi adalarını darayacaq imkanlara malik yeni nəsil radar müşahidə mərkəzi yaratmaq qərarı alıb. ABŞ-ın, strateji əhəmiyyətə malik, yüksək nöqtələrə metal qurğularla qurulacaq radar müşahidə mərkəzi sərhəd bölgələrini əhatə edən geniş bir sahədə havada və quruda hərəkətlilik, səs və görüntüləri müəyyən edəcək. Boğazlardakı hərəkətliliyi müşahidə edəcək.
Müxalifət.az