​ABŞ Türkiyəni belə məhv edir - FOTO

Baxış sayı:
1842

ABŞ-ın Suriyanın Afrin bölgəsində yerləşən Türkiyəyə aid tanklara qarşı istifadə etmək üçün PKK-ya verdiyi silahların görüntüləri ortaya çıxıb.
Muxalifət.az xəbər verir ki, bu silahlar “MANPADS” kimi tanınan radarlı havadan müdafiə sistemləridir.
Bu sistemlər çiyin üzərindən atılır və 8 km uzaqdakı hədəfi vura bilir.
Bundan başqa, Amerikanın İŞİD terror təşkilatını məhv etmək bəhanəsilə terrorçulara verdiyi 4 km mənzilə sahib modern pulemyotlarla birgə “Konkurs” və “Tow” tipli tank əlehinə raketlər də sərhəd xəttinə yerləşdirilib.
Qeyd edək ki, terrorçular adıçəkilən havadan müdafiə sistemi ilə daha öncə bir neçə dəfə Türkiyə Silahlı Qüvvələrinə aid helikopteri vurub./publika/