ABŞ-ın Türkiyədən İNANILMAZ TƏLƏBLƏRİ - 15 avqusta qədər yerinə yetirilməsə...

Baxış sayı:
37492

ABŞ Türkiyə ilə münasibətlərin nizama salınması üçün 8 şərt irəli sürüb.
 
“Taymtürk” xəbər verir ki, ABŞ-ın irəli sürdüyü şərtləri Türkiyənin qəbul etməsi demək olar ki, mümkünsüzdür.
 
Qeyd edilir ki, bir növ ABŞ Türkiyədən ölkənin "açarını" təhvil verməyi tələb edib. Sözügedən həmin ağır şərtlər aşağıdakı kimidir:
 
1. Keşiş Endryu Branson daxil olmaqla, 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı saxlanılan 20 nəfər azad edilməlidir. 15 avqusta qədər Bransonun azadlığa buraxılması üçün Ankaraya vaxt verilib.
 
2. Türkiyə əhatəli şəkildə İrana sanksiya tətbiq etməlidir.
 
3. Rusiyadan S-400 havadan müdafiə sisteminin alınmasından imtina edilməlidir.
 
4. Ankara Qüds siyasətinə yenidən baxmalıdır.
 
5. Kipr adası ətrafında qaz və neft axtarışından imtina edilməlidir.
 
6. "Xalqbank"a tətbiq ediləcək cəzaya razı olmalıdır.
 
7. Ankara Fətullah Gülənin ekstradisiyasını tələb edən dosyeni bağlamalıdır.
 
8. Türkiyə sahib olduğu önəmli mədənlərdə lisenziyaları ABŞ şirkətlərinə verməlidir.