ABŞ-Türkiyə zirvəsində nələr müzakirə olundu?

Baxış sayı:
6808

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Prezident Kompleksində gerçəkləşən heyətlər arası görüşdə, Suriya məsələsində son proseslər müzakirə olunub.
 
 Türkiyənin milli təhlükəsizlik prioritetlərinin açıq bir şəkildə vurğulandığı iclasda, Fəratın şərqində və Suriyanın daxilində terrorla mübarizə, təhlükəsiz bölgə, Münbiç yol xəritəsinin həyata keçirilməsi, İŞİD, PKK/YPG/PYD daxil, bütün terror ünsürlərinə qarşı mübarizə, İdlib anlaşmasının qorunması, Suriyanın ərazi bütövlüyü çərçivəsində siyasi həllə çatılması və Suriyanın yenidən inşası məsələləri gündəmə gəlib.
Yaradılması planlaşdırılan təhlükəsiz bölgə ilə Türkiyənin təhlükəsizlik qayğılarının aradan qaldırılacağı və bölgənin bütün terror qruplarından təmizlənəcəyi ifadə edilib. Bu barədə Türk və ABŞ texniki nümayəndə heyətlərinin edəcəyi müzakirələrdən sonra yekun bir nəticəyə gəlmək və tətbiqi mövzusunda fikir birliyinə gəlinib.
Suriya məsələsində əməkdaşlığın etimad və şəffaflıq prinsipləri əsasında davam etdirilməsinin əhəmiyyətinə vurğu edilib.
Cefri Ankarada Suriya və təhlükəsiz bölgə məsələlərində müxtəlif görüşlər keçirir.
Müxalifət.az