ABŞ-ın Türkiyə üçün yeni “Ərəb ordusu” TƏXRİBATI: ANKARA BUNA İMKAN VERMƏZ

Baxış sayı:
4558

Amerikalı ekspertlər ABŞ-ın rəhbərliyi altında qurulacaq "Ərəb Ordusu" nun Suriyada terror təşkilatlarının nəzarətində olan bölgələrə yerləşdirilməsi planının Türkiyə baxımından qəbul edilməsinin çətin yönləri var və bu üzdən həyata keçirilməsinin olduqca çətin olduğunu deyib.
 
“Wall Street Journal” qəzeti ABŞ prezidenti Donald Trampın, Ərəb ölkələrinin əsgərlərindən ibarət olan bir qüvvəni Suriyaya gətirmək istədiyini irəli sürmüşdü.
 
BOLTONUN GÜC NÜMAYİŞİ
 
“Habertürk”-ün müəllifi Sərdar Turquta görə, “Ərəb ordusu planı” Ağ Evdə yeni vəzifəsinə başlayan Milli Təhlükəsizlik müşaviri Con Boltonun fikridir. Bolton vəzifəyə başlar-başlamaz hakimiyyətin hər strukturu əleyhinə olsa da, Trampın ABŞ əsgərini Suriyadan çəkmək istədiyini gördü. Bolton bu mərhələdə Trampın istəyi istiqamətində yeni bir planı dövrəyə buraxmağa qərar verdi.
Bu, elə bir plan olmalıdır ki, həm Suriyadan çəkilmə nəticəsində bəzi əndişələr azalsın, həm Trampı qane etsin, həm də Suriyanın vurulması ərəfəsində özünün Mattis qarşısında zəif mövqeyini düzəltsin.
Nəticədə Boltonun imzası olan yeni Suriya planı ortaya çıxdı. Bolton, bu planı Trampın daha əvvəlki çıxışlarında işarə etdiyi istiqamətdə aparıb.
 
ƏRƏB BİRLİYİ
 
Plana görə 4-6 ay ərzində Suriyanın şimalında yerləşən 2 min Amerikan əsgəri bölgəni tərk etdiyi təqdirdə yerinə Misir, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) yaradılacaq bir Ərəb birliyi qoyulacaqdı. Həmçinin bu ölkələrdən əməliyyatları maliyyələşdirnəsi də tələb olunub.
Əgər həyata keçirilsə, bu Ərəb birliyinin;
1- Regionda YPG-nin və Amerikanın edə bilmədiyini edəcəyi və yerli Sünni Ərəb xalqın etimadını qazanacağı,
2- Bölgəyə müdaxilə planları olan Türkiyəyə qarşı çəkindirici güc olacaq,
3- Bölgəyə yönəlik planları olan İran və ona yaxın milis güclərinə qarşı təsirli bir güc meydana gətirəcəyi düşünülür Vaşinqtonda.
 
TÜRKİYƏ BAXIMINDAN.
 
Vaşinqtonda bölgə üzrə mütəxəssislər, bu planın öz içində tətbiq olunma çətinlikləri daşıdığını, Türkiyə üçün də qəbul edilməsi çətin yönləri var və bu üzdən həyata keçirilməsinin olduqca çətin olduğunu deyirlər. Ekspertlərə görə bu çətinliklər bunlardan ibarətdir:
1- BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, hamısı birlikdə bir müddətdir ki, Qətərə qarşı fəaliyyət göstərirlər. Bu səbəblə bunların bir anlaşma içində bir Ərəb hərbi birliyi olaraq regionda mövcud olması çətin görünür.
2- Türkiyə hər nə qədər rəsmi Dohanın yanında yer alsa da, Qətər bir müddətdir ki, istər Vaşinqtonda, istərsə də Moskvada regional güc mərkəzi kimi özünü Türkiyə əvəzinə bazarlamağa çalışır. Qətərin ağlında Türkiyənin olduğunun ən aydın nümunəsi, Vaşinqtonda lobbiçilik üçün Türkiyənin çalışdığı Ballard adlı firmayla anlaşılmış olmasıdır. Qətər bir müddətdir Ağ Evə özünün regionda nizam-intizamı təmin etmək üçün ən az Türkiyə qədər təsirli ola biləcəyi mesajını verir. Suriyadakı Sünni əhalinin etimadını Türkiyədən çox daha rahat əldə edəcəyi mesajını çatdırır. Bundan başqa, Türkiyə kimi Rusiyadan S-400 raketləri almaq üçün müqavilə bağlayıb. Amerikayla birlikdə regionda maliyyə terrorunun təqibi və qarşısının alınması mərkəzini ölkəsində yaratdı.
Bu səbəblə digər ölkələrlə münaqişələrinə baxmayaraq, Qətərin bu yeni Ərəb hərbi gücündə olmağı qəbul edə biləcəyi düşünülür.
 
ABŞ-la DANIŞILMALIDIR
 
Müəllifə görə, Misir, Səudiyyə Ərəbistanı, BƏƏ, Türkiyəyə qarşıdırlar. Qətər də Türkiyə ilə rəqabət içindədir. Bu, Aralıq dənizindəki qaz sahələrində də görünür. Bu səbəblə əgər yeni plan həyata keçirilsə, Suriya ilə sərhədin cənubunda PYD/YPG-dən başqa, Ərəblərdən meydana gələn yeni bir münaqişə ocağı da yaranacaq. Türkiyənin bu yeni planı Amerika rəhbərliyi ilə ciddi şəkildə danışması lazım olduğu Vaşinqtonda da dilə gətirilir.
 
TÜRKİYƏNİN BURNUNUN DİBİNDƏKİ TƏHLÜKƏ
 
Habertürk müəllifi Murad Bardakçı yazısını "Suriya məsələsinin bu gün belə çıxılmaz hala gəlməsinin və Fransanın Suriyaya hələ də “öz torpağı" gözü ilə baxmasının əsas səbəblərindən biri, Ərəb dünyasının bir vaxtlar həqiqi bir qüvvə zənn etdiyi, amma döyüş meydanında yalnız dörd saat ərzində pərişan olan "Ərəb Ordusu" dur. Suriyada bənzər bir ordunun yenidən həyata keçirilməsi, bu ordunu təşkil etməyə çalışan qüvvələrin bir-birilərinə mütləq daxil olmaları üzündən yenə fəlakətlə nəticələnəcək, amma arada Türkiyəni bir az əziyyətə salacaqlar" deyə, xəbərdarlıqla bitirib.
Müxalifət.az