ABŞ-ın Türkiyə təhdidinin şifrəsi: RUSLAR ŞƏRH ETDİ

Baxış sayı:
4471

ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaların rəmzi olduğunu deyən Rusiya Strateji Araşdırmalar İnstitutundan Vladimir Fitinə görə Vaşinqton, Ankaranın siyasi dayanıqlığını test edir. Fitin həmçinin, Türkiyə ilə ABŞ arasındakı gerçək problemin YPG-dən qaynaqlandığını ifadə edib.
 
ABŞ-ın ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya sanksiya tətbiq etmək qərarını bir Rus xəbər agentliyinə şərh edən Rusiya Strateji Araşdırmalar İnstitutunun Yaxın Şərq Mərkəzindən Vladimir Fitin, "Sanksiyalar hələ simvolik xarakter daşıyır. Vaşinqtonun Ankaraya sanksiya tətbiq etmək təhdidləri hələ ritorika səviyyəsindədir və bu barədə hələ qəti qərar alınmayıb" deyib.
 
GƏRGİNLİK TÜRKİYƏNİ RUSİYAYA DOĞRU YÖNLƏNDİRƏCƏK
 
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın “Vaşinqton, sanksiyalarla Ankaranın qərarına təsir edə bilməz” sözünü xatırladan Fitin, iki ölkə arasındakı münasibətlərin pozulmasının Türkiyə ilə Rusiya arasında əməkdaşlığı inkişaf etdirəcəyini vurğulayıb.
Bu vəziyyətdə Ankaranın Rusiya ilə münasibətləri inkişaf etdirmək və ABŞ ilə gərginliyi daha çox gərginləşdirməmək üçün çox balanslı siyasət aparması lazımdır. Çünki ABŞ-la Suriyanın şimali və YPG məsələsində, Rusiya ilə də Türkiyənin nəzarət etdiyi və Ankara tərəfindən dəstəklənən qrupların və uzlaşma istəməyən qrupların olduğu İdlib məsələsində problemlər yaşanır" deyən Fitin, Ankara və Vaşinqton arasındakı problemin çox ciddi olduğunu və sanksiyaların xaricində başqa məsələlərin də olduğunu vurğulayıb.
 
İXTİLAFIN ƏSAS MÖVZUSU SURİYA VƏ YPG/PKK
 
Rus ekspert sözlərini belə davam edib: "Münaqişənin əsas məsələsi, Suriya-Türkiyə sərhədindəki vəziyyət və Türklərin sərhəddə təhlükəsizlik zolağı yaratmaq planıdır. Buna qarşılıq ABŞ da Suriyada arxalandığı əsas qüvvə olan YPG-yə dəstəyini çəkmiş deyil".
Müxalifət.az