ABŞ-ın Türkiyə təhdidindən sonra NATO-dan kritik çıxış!

Baxış sayı:
19408

NATO təşkilatının 70-ci ildönümü münasibətilə ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən NATO xarici işlər nazirlərinin toplantısı başlayıb.
 
Toplantının açılışında çıxış edən NATO-nun baş katibi Jens Stoltenberq Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi almasına toxunaraq, “Silahın alınması ilə bağlı qərarları hər NATO üzvünün öz milli qərarlarıdır" deyə söyləyib.
Silah alışlarının müttəfiqlər arasında problemlərə səbəb olduğuna diqqəti çəkən Stoltenberq, "Bu cür problemləri müzakirə etmək üçün NATO müttəfiqlərə platforma yaradır. S-400 mövzusu bugünkü iclasın gündəliyi deyil, ancaq bu görüşün yan tədbirlərində müzakirə olunmasını gözləyirəm, çünki NATO bu məsələlərin danışılması üçün bir platformadır" deyə bildirib.
Müxalifət.az