​ABŞ-ın Türkiyə sərhədində ordu yaratmasına - Reaksiya

Baxış sayı:
2240

ABŞ-ın Suriyada "Suriya sərhəd təhlükəsizlik qüvvələri" adlı ordu yaratması bu ölkənin suverenliyinin pozulması deməkdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev bildirib.
Qeyd edək ki, ABŞ Türkiyə sərhədinə YPG terrorçularından ibarət 30 minlik ordu yerləşdirəcəyini açıqlayıb. Rəsmi Ankara türk ordusunun ölkənin təhlükəsizliyini təmin etmək üçün lazımı addımları atmağa davam edəcəyini bildirib.