ABŞ Türkiyə ilə toqquşacaq, yoxsa? Baş verən 2 ACI TƏCRÜBƏ

Baxış sayı:
1099

Ankaranın ABŞ-ın almış olduğu terror YPG ordusunun yaradılması qərarına göstərdiyi sərt reaksiyanın altında keçmişdə baş verən iki acı təcrübə yatır.
 
Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın şimalındakı Afrin şəhərində yerləşən YPG qüvvələrinə qarşı hərbi əməliyyatı bir həftə ərzində hər an baş verə bilər. Prezident Ərdoğanın dünən verdiyi bəyanatlar artıq yalnız PYD/YPG-ni deyil, ABŞ-ı də birbaşa hədəf aldı.
 
TÜRKİYƏ-ABŞ TOQQUŞUR, YOXSA?
 
Türk əsgəri ABŞ hərbçiləri ilə qarşı-qarşıya gəlir mi?
Bu gün hər kəsin cavab axtardığı yeganə sual budur.
Valyutanın, birjanın bu hadislərə reaksiya verməməsi üçün nazirlər "Qarşıdurma olmaz” deyirlər. Bazarlarda da panika havası yoxdur.
ABŞ Suriyadakı Kürd bölgəsini özünə bağlı nəhəng təyyarə gəmisi halına gətirmək üçün “dövlətləşdirməyə” çalışır.
ABŞ, IŞİD-dən qaçanları, Raqqanı təmizləyən PYD/YPG-nin ağırlıq təşkil etdiyi Suriya Demokratik Qüvvələri adlı quruluşu nizamlı ordu halına gətirmək istəyir və bunun hazırlıqlarını görür.
Ankara bu hazırlığı fərq edincə ən yüksək səviyyədə xəbərdarlıq edib, sərhədə hərbi güc topladı, hər an Münbiçə də, Afrinə də daxil olacağı mesajını verdi. Və “Bu sevdadan əl çəkin” dedi.
Vəziyyət ifşa olunca da ABŞ etiraf etmək məcburiyyətində qaldı, 30 min nəfərlik "Sərhəd Təhlükəsizlik Gücü qurduqlarını açıqladı.
Bu 30 min adam kimə qarşı, hansı sərhədi qoruyacaq?
Təbii ki, Türkiyə və İraq sərhədini qoruyacaqlar.
Kimə qarşı? Təbii ilk ağla gələn cavab “İŞİD-ə qarşı” olacaq.
Məhz böyük oyun da buradan başlayır. Həqiqət isə budur: ABŞ Suriyanın şimalında özünə bağlı dövlət qurmaq üçün əməliyyat aparır.
Dövlət deməsələr də, muxtar bölgənin, xilas edilmiş regionun hərbi strukturunu yaradır.
Bəs bunu niyə edir? Türkiyəyə qarşı? Xeyr. Aramızdakı məsafə nə qədər qısa olsa da, bizə qarşı deyil, əslində İrana qarşıdır.
İranın regional suverenliyinə qarşıdır, yəni Tehran-Bağdat-Şam-Livan ittifaqına qarşıdır. Çünki İran Suriyanın şimalında özünə bağlı tampon bölgə yaratmaq niyyətindədir.
 
TÜRKİYƏNİN YAŞADIĞI İKİ ACI TƏCRÜBƏ
 
Ankara ABŞ-ın, bu həmləsini PKK-nın qolu olan YPG ilə etməsini qəbul etmir. Çünki Türkiyənin bu barədə acı təcrübəsi var.
Türkiyənin sərt reaksiyasının əsas səbəbi də o acı təcrübədir.
Gələk o acı təcrübəyə. 1999-cu ildə terrorçubaşı Öcalan yaxalandı, PKK dağıldı.
2003-ci ildə ABŞ Səddamı devirmək üçün İraqı işğal etdi. O qarışıqlıq PKK-nın işinə yaradı. Ağır silahlar əldə edib, yenidən toparlandı və Quzey İraqda özünə muxtar bölgə yaratdı. Gücləndikcə, gücləndi və 2015-ci ildə Diyarbəkirin göbəyində (Sur rayonu), Nusaybin-də, Cizrə-də, Yüksəkova-da, daha bir çox yerdə xəndəklər qazaraq xəndək müharibəsini başlatdı.
Bununla da savaşı Türkiyənin içərisinə daşımağa çalışdılar və bu, ilk məşq idi.
PKK yenə dağılmış vəziyyətdədir, yenə tərpənməz hala gətirilib. Yenə ayaqda qala bilməsi üçün zəmin axtarır.
Ankaranın YPG/PKK-nın nəzarətindəki Kürd bölgəsinə qarşı çıxmasının birinci səbəbi budur.
İkincisi də budur:. PKK Suriyada ABŞ-ın dəstəyi ilə gücləndi. Öcalan da Türkiyəyə ilk hücumlarını Suriyadan edərək, illərlə Dəməşqdə qaçaq qaldı.
Daha sonra İraqın şimalına keçdi.
İndi yenidən eyni hadisələr təkrar olunmasın deyə Ankara  səy göstərir.
Tərcümə Müxalifət.az-ındır