ABŞ Türkiyə ilə toqquşa bilər: Şok hesabat

Baxış sayı:
1276

Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) yaxınlığı ilə bilinən “Rand” korporasiyası Türkiyə ilə ABŞ-ın birbaşa müharibəyə başlaya biləcəyi barədə hesabat dərc edib.
 
Hesabat “ABŞ-ın Yaxın Şərqdəki strateji mənfəəti və ABŞ ordusu üçün nəticələri” başlığı ilə yayımlanıb.
Hesabatda Türkiyənin YPG/PYD qruplaşmalarına qarşı terror əməliyyatlarını artıracağı halda bunun iki dövlət arasında silahlı qarşıdurmaya çevrilə biləcəyi qeyd olunub. Diqqət çəkən məqam isə mümkün döyüşlərin “ehtimal edilməsə də, tamamilə imkansız da deyil”, - ifadələri təsvir edilməsidir.
Hesabatda bölgənin ən qüdrətli silahlı gücü ilə qarşılaşmağın ABŞ üçün asan olmayacağı da bildirilib.