"ABŞ-Türkiyə bir toqquşma nöqtəsinə doğru irəliləyir"

Baxış sayı:
2386

Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu (SETA) Strategiya Araşdırmaları direktoru Həsən Bəsri Yalçın, "ABŞ Suriyada hər nə istəyirsə, edə biləcəyi istifadəyə hər an yararlı aktyor kimi PYD-ni hesab edir, bu səbəbdən uzun müddətdir PYD-yə sahib çıxır və sahib çıxmağa davam edəcək" deyib.
 
SETA-da keçirilən "ABŞ-ın Suriya Strategiyası" mövzusundakı paneldə çıxış edən Yalçın, ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan dövründən bu yana beynəlxalq sistemin ona verdiyi imkanlardan istifadə edərək, daim təcavüzkar bir beynəlxalq strategiya izlədiyini deyib.
 
"Həyasız dil, Trampı aqressiv göstərir"
 
ABŞ-ın 2009-2017 illər arasında başçılığını edən Barak Obama ilə hazırkı prezidenti Donald Trampın yürütdüyü siyasətin eyni, hətta Obamanın daha aqressiv olduğunu qeyd edən Yalçın, "Tramp daha həyasız bir dil istifadə etdiyi üçün onu daha agresiv kimi göstərir" deyə bildirib.
Yalçın, ABŞ-ın Suriya siyasətinə dair, bunları qeyd edib:
 
"PYD-yə sahib çıxmağa davam edəcək"
 
“Burada mənə ən çox yaxın çalışacaq aktyor kimdir? PYD. Nə üçün? Çünki mənə ən çox möhtac aktyordur. Mən PYD ilə davam etdiyim müddətdə PYD mənə xəyanət etməz. Bütün digər aktyorlar, məsələn, Türkiyə xəyanət edə, İran və Rusiya ilə onsuz da işləmir, digər aktyorların hamısından problem çıxa bilər, amma PYD-nin yaradacağı problem yoxdur. O qədər xərc çəkib, ordu qurmuşam. Buna görə də, hər bir halda bunu əlində saxlamaq istəyir. Bu səbəbdən ABŞ Suriyada hər nə istəyirsə, əlindəki yeganə universal aktyoru PYD-ni hesab edir, bu səbəbdən uzun müddətdir PYD-yə sahib çıxır və sahib çıxmağa davam edəcək".
 
"Suriya və İraqda manevr sahəsi tapırıq"
 
ABŞ-ın Suriya və İraqda İranı önə qoyan strategiyasına toxunan Yalçın, "Bu iki ölkədə İranı arxada tutmaq üçün Türkiyəyə ehtiyacı daha çox olacaq PYD-ni fəda etmə şansı daha yüksək olacaq, amma bu gün etibarilə Amerikanın hər hansı bir mənada aydın, müəyyən olunmuş bir hədəfi olmadığı üçün əslində bir qəti qərar verə bilmir. Amma digər tərəfdən əgər belə davam etsə, Türkiyə də özünə başqa bir yol açmağa başlayır. İstanbuldakı dördlü zirvə belə boşluq sahələri yaradır. Obamanı, yoxsa Trampımı, seçərsən? deyə soruşsanız, Trampı üstün tuturam. Çünki Obama Türkiyəni hədəfə qoyub, vururdu, Trampın bu nizamsızlığı sayəsində biz Suriya və İraqda manevr sahəsi tapırıq" deyə söyləyib.
Jurnalist İsmət Berkan isə ABŞ-ın Suriyada aydın strategiyasının və hərbi olaraq da çox böyük bir varlığının söz mövzusu olmadığını deyib.
 
"Nə Rusiya, nə də ABŞ-a ehtiyac qalır"
 
ABŞ-ın Suriyadakı varlığını İranı dayandırmaq üzərinə qurduğunu söylədiyini, amma bunun PYD ilə necə həyata keçiriləcəyi məsələsinin isə gülməli olduğunu bildirən Berkan, "Orta Şərqdə əsas oyun Suriyada oynanmır, amma Suriya uzun müddətli bir xaosa məhkum buraxılmaq istənilir. Bundan hər kəsin də marağı var. Həm ABŞ, həm də Suriyanın. Sülhün olduğunu düşünün, onda burada nə Rusiya, nə də ABŞ-a ehtiyac qalmır" deyib.
 
"ABŞ-Türkiyə bir toqquşma nöqtəsinə doğru irəliləyir"
 
Fəratın şərqi məsələsinin Türkiyə-ABŞ münasibətlərində çox kritik bir məsələ olduğuna diqqəti çəkən Berkan, "Məndən soruşacaq olsanız ABŞ-Türkiyə bir toqquşma nöqtəsinə doğru irəliləyir. Bundan bir neçə ara həmlələrlə çıxmağı bacardıq, məhz ən son İrana qarşı embarqolardan Türkiyə qismən də olsa, azad tutulub. Amma məncə, Fəratın şərqi söz mövzusu olduğunda orada bir toqquşma labüddür. Menbiç keşikçiləri nağıldan ibarət bir şeydir, Türkiyəni qane edən bir şey deyil. Türkiyəni məmnun edəcək çözüm Menbiçin rəhbərliyinin Türkiyə və ASO-ya buraxılmasıdır" deyə söyləyib.
CNN Türk-ün baş direktoru Tufan Bayraqdar isə ABŞ-ın Suriyada Kürdləri, PYD-ni yanına çəkərək burada Türkiyə, Rusiya və İrana qarşı bir yerləşmək, möhkəmlənmək istədiyini deyib.
Müxalifət.az