ABŞ Türk pilotların F-35 təlimlərini dayandırdı

Baxış sayı:
10546

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türk F-35 pilotlarının ABŞ-dakı təhsillərinin dayandırıldığını açıqlayıb.
 
Pentaqon sözçüsü Mayk Andrews ABŞ-da F-35 təhsili alan Türk heyəti haqqında açıqlama verib.
 
TƏLİM UÇUŞLARI DAYANDIRILDI
 
Pentaqonun sözçüsü Andrews "Türk pilotlarının F-35 təlim uçuşları dayandırıldı. Nazirlik Türk pilotların artıq uçuş həyata keçirmədiyindən xəbərdardır" deyib.
Andrews açıqlamasına belə davam edib:
“Türk siyasətində bir dəyişiklik olmadan F-35 proqramına qatılmalarını ləğv etmək üçün müttəfiqimiz Türkiyəylə yaxından işləməyə davam edəcəyik.
Digər yandan, ABŞ ötən günlərdə F-35 təhsili üçün Arizona və Floridada olan 42 Türk əsgərini ölkədən çıxarmaq üçün qərar vermişdi.
Müxalifət.az