​ABŞ türk liderin milyonlarını geri qaytardı

Baxış sayı:
9400

ABŞ Qırğızıstana eks-prezident Kurmanbek Bakiyevin oğurladığı 4,6 milyon dolları qaytarıb.
Bu məlumatı Qırğızıstan Maliyyə Nazirliyi yayıb. Nazirlik ABŞ-la əldə edilən razılaşmaya əsasən, Bişkekin bu vəsaiti tibbi avandanlıqların alınmasına, həmçinin su təmizlənməsi üçün sistemin əldə edilməsinə xərcləməli olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-la Qırğızıstan arasında Bakiyevin aktivlərinin geri qaytarılması haqqında razılaşma cari ilin 25 fevralında imzalanıb.
Bakiyev 2010-cu ildə hakimiyyətdən devrilib. O, hazırda Belarusda yaşayır./Axar