ABŞ-ın təlim verdiyi 3500 terrorçu “MƏZUN” OLDU

Baxış sayı:
3838

ABŞ-ın hər cür dəstək verdiyi terror təşkilatı YPG, Suriyanın Qamışlı bölgəsində 3 min 500 terrorçuya təlim verdi. Buraxılış mərasimini sosial mediadan paylaşarkən, Vaşinqton rəhbərliyinin hadisə ilə bağlı görüntülərə necə cavab verəcəyi maraqla gözlənilir.
 
Türkiyə və ABŞ-ı qarşı-qarşıya gətirən Suriyanın şimalındakı terror təşkilatı YPG, Afrində yaşadığı itkilərə paralel olaraq yeni döyüşçülərə də təlim verir.
Qamışlıdaki buraxılışda, 3 min 500 YPG-li terrorçunun təlim tam başa vuruduğu bildirilir.
YPG ilə əməkdaşlıq edən ABŞ, daha əvvəl təlim verilən terrorçuların buraxılış mərasiminə hərbi nümayəndə göndərmişdi.
Qeyd edək ki, terror təşkilatına 5 min TIR dolu silah göndərən Vaşinqton rəhbərliyi, sərhəd qoşunları qurulacağını açıqlayanda Ankaranın çox sərt reaksiyası ilə üzləşmişdi.
YPG, Türk ordusu qarşısında Afrində davamlı mövqe və təxminən 2 min 300 döyüşçüsünü itirib.
Müxalifət.az