ABŞ-ın terrorçularla ƏMƏKDAŞLIĞI DAVAM EDİR

Baxış sayı:
2581

ABŞ Suriyada İŞİD-ın xeyli dərəcədə təmizlənməsinə baxmayaraq, terror təşkilatı PKK/YPG ilə əməkdaşlığını davam etdirir, Eyn İsa hərbi bazasında terrorçuları öyrətməyə də davam edir.
 
Münbiçdə qurduğu yeni iki bazayla birlikdə Suriyadakı hərbi bazalarının sayını 15-ə çatdıran ABŞ-ın, PKK/YPGLİ terrorçulara hələ də təlim verməyə davam etdiyi bildirilir. Suriyanın şimalındakı Eyn əl-Arab (Kobani) bölgəsindəki ən önəmli hərbi qruplaşmalarından biri Ayın İsa bölgəsindəki hərbi bazada yerləşir. Ayn İsa bazasına daha əvvəl onurğasını PKK-nın Suriya qolu YPG-nin yaratdığı SDG (Suriya Demokratik Qüvvələri) nümayəndələrinin alındığı Rakka Daxili Təhlükəsizlik Gücünün təlimləri keçirilirdi. Buradan təlim edilən terrorçular təşkilat rəhbərlərinin və ABŞ-lı hərbçilərin qatıldığı mərasimlərlə məzun edilib.
 
HƏRBİ EKSPERT TƏLİM VERİR
 
Yerli mənbələrin bildirdiyinə görə, Ayn İsa və ətrafında hərbi varlığını artıran ABŞ ordusu, təxminən bir ay əvvəl Ayn İsa qəsəbəsinin yaxınlığında yer alan bir məktəbi hərbi baza halına gətirib. Burada Amerikalı əsgərlərlə birlikdə Beynəlxalq Koalisiya Qüvvələrinə daxil olan bəzi ölkələrin hərbi ünsürlərinin də olduğu bildirilir. Yerli mənbələr bazada daha əvvəl verilən təlimlərin davam etdiyini, PKK/YPG-li terrorçuların Amerikalı hərbi ekspertlər tərəfindən təlim edildiyini bildirir. Baza eyni zamanda PKK/YPG-yə silah, sursat və döyüşçü daşıma məqsədli olaraq istifadə edilir. PKK/YPG ilə müştərək istifadə edilən nöqtələrə sursat buradan təmin olunur.
 
BAZANIN TƏHLÜKƏSİZLİYİ YPG TƏMİN EDİR
 
 Raqqanın 70 km şimalındakı Ayn İsa qəsəbəsində yer alan bazada hərbi təlimlər daha əvvəl Pentaqona yaxınlığı ilə tanınan Atlanta mərkəzli DVIDS (Müdafiə Vizual İnformasiya Paylama Xidməti) tərəfindən həyata keçirilib. İstifadəyə başlandığı dövrdə Amerikanın Suriyanın şimalındakı ən böyük bazası kimi tanınan bazada 100-dən çox Amerika əsgərinin olduğu bildirilir. Bazanın təhlükəsizliyini ABŞ əsgərləri ilə yanaşı, ətrafındakı YPG-lilər təmin edir. Bazanın təxminən 400 metr cənub-qərbində isə PKK/YPG-nin aktiv olaraq istifadə etdiyi və bir hərbi təhlükəsizlik məqsədli qüllənin də olduğu bildirilir.
Müxalifət.az