ABŞ terrorçuları silahlandırır: Vaşinqtonun hədəfi nədir?

Baxış sayı:
7383

ABŞ-ın terror təşkilatına verdiyi Kalaşnikof, BKS, Doçka 23 millimetr və snayper tüfənglərinin sayı 115 minə çatıb. ABŞ və müttəfiqləri bir tərəfdən işğal altında olan terror xəttinə silah daşıyarkən, digər tərəfdən isə müxalif bölgələrə göndərilən casuslar vasitəsi ilə silah toplayır. Milyonlarla dollar dəstək verilən tacir görünüşlü casuslar İdlib, Əl Bab, Cerablus, Mare, Azez kimi mərkəzlərdə fəaliyyət göstərir.
 
Son 15 gündə 3 ayrı konvoy ilə PKK işğal zonasına silah sövq edən ABŞ-ın terror təşkilatına verdiyi Kalaşnikof, BKS, Doçka 23 millimetr və snayper tüfənglərinin sayı 115 min olub. Terror təşkilatına 300 fərqli xarakterdə zirehli maşın verən ABŞ 2019 il içərisində 350 mütəxəssisi da bölgəyə göndərib. 2018-2019 arasında 8 yeni terror təlim şəhərciyi inşa edən ABŞ, bu dövr ərzində 25 min terrorçu öyrədib.
 
MİNALARLA TƏHCİZ EDİLİR
 
 “Yeni Şəfəq” qəzetinə məlumat verən yerli mənbə Resulayn, Tel Abyat, Qamışlı sərhəd xətti ilə Münbiçə onlarca ton partlayıcı daşındığı bildirib. Günəş işığı və səsə həssas, rəqəmsal partlayıcıların əhəmiyyətli bir hissəsinin də Fərat Qalxanı, Zeytun Budağı və İdlib bölgələri ilə birlikdə Türkiyənin cənub-şərq rayonlarına göndərildiyi məlumatını verən mənbə, PKK-nın 500 kilometrlik Türkiyə sərhədini tunel və xəndəklərə əlavə olaraq yeni gələn minalarla manalandığı məlumatını verib.
 
SİLAH SATIN ALIRLAR
 
 ABŞ və müttəfiqləri bir tərəfdən işğal altında olan terror xəttinə silah daşıyarkən, digər tərəfdən isə müxalif bölgələrə göndərilən casuslar vasitəsi ilə silah toplayır. Milyonlarla dollar dəstək verilən tacir görünüşlü casuslar İdlib, Əl Bab, Cerablus, Mare, Azez kimi mərkəzlərdə fəaliyyət aparır. Azez Polisinin rəis müavini Firas Xalid bu çərçivədə fəaliyyət göstərən bəzi şəxslərin yaxalandığını bildirib.
 
 MƏQSƏD MÜXALİFLƏRİ ZƏİFLƏTMƏK
 
 Rayondan fərqli yollar istifadə edilməklə əldə edilən silahların rejim nəzarətindəki sahələrə və Münbiç üzərindən PKK-ya ötürüldüyünü bildirən Firas Xalid, "Bu iş planlı və bölgədə müxalifləri zəiflətmə məqsədi güdür" - deyib. Bu ilin ilk 4 ayında PKK-ya nəql edilməyə çalışarkən 4 milyon dollarlıq silaha əl qoyduqlarını qeyd edən Firas Xalid, BƏƏ və Səudiyyə kəşfiyyatı ilə Suriyanın Əl Muhaberatı da bu məsələdə fəal olduğunu vurğulayıb.
 Müxalifət.az