ABŞ terror partlayışları üçün terrorçulara təlim verir

Baxış sayı:
5170

TSQ, MİT və polisin amansız mübarizəsi ilə böyük zərbə alan və qış hazırlığını həyata keçirə bilməyən PKK, qəddar pusqulara yönəlib. Batmanda 8 əsgər yola döşənən əl istehsalı EYP ilə şəhid edildi. PKK-lı terrorçulara mina və EYP təlimini Suriyada Amerikalı əsgərlər verir.
 
Bu azmış kimi, Amerikalılar bir də terrorçulara təlim verdikləri anlara aid fotoşəkilləri fəxrlə sosial mediada bölüşür.


 
TERRORÇULARA BOMBA PARTLAYIŞ TƏLİMLƏRİ VERİRLƏR
 
Zirehləri gücləndirilmiş hərbi texnikalara qarşı gücləndirilmiş EYP sistemli terror partlayışları, separatçı terror təşkilatı PKK və Suriya davamı olan PYD-yə Amerikan hərbi dəstəyini yenidən gündəmə gətirib. Ötən fevral ayında ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiyanın sözçüsü polkovnik Ryan Dillon, PKK/PYD üzvü terrorçulara verdikləri partlayıcı qurğu təliminin fotolarını Twitter ünvanında bölüşmüşdü. Dillon, təlimin məqsədinin PKK-lılarda əl istehsalı partlayıcılarla mübarizə qabiliyyətlərini artırmaq olduğunu ifadə etmişdi. Bu mesaj, ABŞ əsgərlərinin PKK-ya verdiyi EYP təlimlərinin açıq etirafı olmuşdu. PKK-lı terrorçular ABŞ-dan aldıqları təlimlər əsasında, Türkiyənin aldığı tədbirlərə qarşı yeni taktikalar tətbiq edir. Daha yüksək miqdarda partlayıcı istifadə etmək də bu taktikalardan yalnız biridir. ABŞ əsgərləri Suriyanın şimalındakı 20-yə yaxın baza və düşərgədə PKK-lı terrorçulara təlim verməyə davam edir.
Batmanda 8 əsgəri şəhid edən kabel sistemli əl istehsalı partlayıcı, partlayınca yerdə dərin bir çuxur yaradıb. İstifadə edilən bombanın təxminən 150 kiloqram olduğu güman edilir. Hücumda maşındakı bütün əsgərlərin şəhid olması, "Yüngül zirehə malik Kobra-1 tipli vasitələrdən əməliyyat bölgələrində niyə hələ də istifadə edilir" suallarına yol açıb.
Müxalifət.az