ABŞ-ın “Terror dövləti”nə qarşı üçlü ortaq mesaj

Baxış sayı:
3802

ABŞ-ın Suriyanın şərqində dinməz-söyləməz quru və hava gücü, bələdiyyə məclisləri  ilə defacto bir PYD/PKK terror dövləti qurmağa çalışarkən, Rusiya xarici işlər naziri Sergey Lavrovdan "Fəratın şərqində, qətiyyən qəbul edilməyəcək şeylərin baş verdiyi nəhəng ərazilər var. ABŞ bu torpaqları Suriyalı müttəfiqləri, başda Kürdlər üzərindən (PYD/PKK) orada bir qondarma dövlət yaratmaq məqsədilə istifadə etməyə çalışır" açıqlaması gəldi.
 
ÜÇLÜ BİRGƏ MESAJ
 
Sonra Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın "Terrorçuları darmadağın edəcəyik” çıxışı gözləri bir daha bu regiona çevirdi. Rusiya və İrandan gələn Fəratın şərqindəki ABŞ varlığına dair son açıqlamalar isə Türkiyə, İran və Rusiyanın bu bölgədə yaradılmaq istənən defacto bir terror dövlət quruluşuna qarşı İdlibdə olduğu kimi, terrorizmə qarşı yeni bir əməkdaşlığın siqnalı olaraq qəbul edildi. Diplomatiya mənbələri, Fəratın şərqində yaradılmağa çalışılan qarnizon dövləti işarə edərək Ankaranın 600 kilometrlik sərhədində buna heç vaxt imkan verməyəcəyini bildirib.
 
ƏRAZİ BÜTÖVLÜYÜ
 
İŞİD əleyhinə koalisiyada yer alan təxminən 60 ölkənin məqsədi İraq və Suriyada terror təşkilatı İŞİD və bu təşkilatın insanlığa qarşı cinayətlərinə “dur” demək idi. İŞİD regiondan çox kiçik ərazi istisna olmaqla təmizlənib. İŞİD-ın tərk etdiyi İraqın Sincan-ından Suriyadakı Münbiçə qədər geniş bir əraziyə terror təşkilatı PYD/PKK yerləşdirildi. Sözdə İŞİD-la mübarizə üçün silahlandırılan terror təşkilatı PYD/PKK-nın, ABŞ tərəfindən dövlətləşdirilməsinə çalışılması regionu yenidən yanğın çevrəsinə salacaq. Diplomatiya və beynəlxalq hüquq mütəxəssisləri, Fəratın şərqində bir PYD/PKK peyk dövlətinin qurulması, Türkiyənin sərhədlərinin dəyişməsi anlamına gələcəyini və Türkiyəyə müdaxilə haqqı doğuracağını söyləyib. Daha əvvəl Suriya sərhədinin 300 km-ni İŞİD və PYD/PKK-dan Fərat Qalxanı və Zeytun Budağı hərəkatı ilə təmizləyən Türkiyə, Cerablusdan İraqa qədər Suriya-Türkiyə sərhədlərinin 600 kilometrini idarə edən PYD/PKK-ya yenə BMT-nin 51-ci maddəsində nəzərdə tutulan “Sərhədlərinin kənarından gələn terror təhlükəsinə və sərhədlərinin dəyişməsi” kimi müddəaya əsasən hərəkətə keçməyə hazırlaşır. Türkiyə, Rusiya və İran ilə koordinasiyalı Suriyada yerli xalqın yaratdığı Azad Suriya Ordusu ilə Fəratın şərqinə edəcəyi yeni bir hərəkətlə Suriyanın ərazi bütövlüyünün təmin olunmasını istəyir.
Müxalifət.az