ABŞ telekanalı Mehman Hüseynov barəsində sənədli film hazırladı – “Namizəd”

Baxış sayı:
1735

Hazırda xərçəng xəstəliyindən əziyyət çəkən və İsveçrədə müalicə olunan blogger Mehman Hüseynov barəsində sənədli film hazırlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə blogger özü bildirib. Onun sözlərinə görə, filmi ABŞ-ın rusdilli telekanalı “Nastoyaşee Vremya” hazırlayıb.

“Namizəd” adlı filmdə 2019-cu ildə keçirilən bələdiyyə və 2020-ci ildə baş tutan növbədənkənar parlement seçkilərində baş verənlər əks olunub.

xatırladaq ki, Mehman Hüseynov hər iki seçkidə namizədliyini irəli sürüb.