​ABŞ Suriyaya üç istiqamətdən və havadan hücum edib

Baxış sayı:
2408

Pentaqon nümayəndələri brifinq zamanı Suriyada kimyəvi silah obyektləri ilə bağlı əməliyyatın detallarını açıqlayıblar.
Lenta.ru xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin məlumatına əsasən, Amerika, Fransa və İngiltərə hərbçiləri Suriyaya üç istiqamətdə hücum ediblər.
Atılan bombaların ən çoxu ABŞ-ın payına düşür. Zərbələr istər dənizdən, istərsə də havadan endirilib.
“The Drive”-ın məlumatına görə, ABŞ ilk dəfə olaraq AGM-158 JASSM tipli qanadlı raketlərdən istifadə edib.