ABŞ Suriyanı Aralıq dənizindən VURDU

Baxış sayı:
2422

Suriya Xüms vilayətinin şərqində yerləşən T-4 aviabazası kütləvi raket atışına məruz qalıb.
Hücum zamanı ölən və yaralananların olduğunu bildirib. Agentlik hücumun arxasında ABŞ-ın dayandığını iddia edib
Livanın “Əl Mayadin” televiziyası raketlərin Aralıq dənizindən buraxıldığı haqqında informasiya yayıb. Suriyanın hökumət qüvvələri isə bazaya 8 raketin atıldığını bəyan edib.
“RİA Novosti” agentliyi hücum zamanı bütün raketlərin Suriya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğunu bəyan edib. Agentlik hücum zamanı heç kimin xəsarət almadığını bəyan edib.
ABŞ Müdafiə Nazirliyi həmçinin hücumun arxasında dayanmadığını açıqlayıb.
Qeyd edək ki, 2017-ci il 7 apreldə ABŞ qanadlı raketlərlə Suriyanın Şeyrat bazasını darmadağın etmişdi. Suriyada rejim qüvvələrinin kimyəvi silah tətbiq edəcəyi halda növbəti zərbə endiriləcəyi xəbərdarlığı edilmişdi.
Ötən gün isə Şərqi Qutanın Duma ərazisində kimyəvi silahdan istifadə edildiyi, ən azı 80 nəfərin öldüyü, minlərlə insanın zəhərləndiyi xəbəri yayıldı və buna görə BMT TŞ-nin iclası çağırılıb. Trampın açıqlaması ABŞ-ın Suriyaya zərbə endirəcəyi haqda rəy yaratdığından, Rusiyanın bu ölkədəki S-400-ləri tam döyüş hazırlığına gətirildi, rus qırıcıları isə Aralıq dənizində ABŞ HHQ-ni izləməyə başladı./Axar.az/