ABŞ-ın Suriyadan çəkilmə tarixi açıqlandı

Baxış sayı:
5266

“Wall Street Journal” (WSJ) qəzeti ABŞ ordusunun bütün güclərini aprel ayının sonuna qədər Suriyadan çəkməyə hazırlaşdığını iddia edib.
 
 Qəzetdə yer alan xəbərə görə, Tramp rəhbərliyi qərarını dəyişmədiyi təqdirdə, ABŞ ordusu mart ayının ortasına qədər 2 min nəfərlik hərbi gücünün böyük bir hissəsini, aprel ayının sonuna qədər isə bütün güclərini Suriyadan çəkməyi planlaşdırır.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) qəzetin irəli sürdüyü plan haqqında açıqlama verməkdən çəkinib.
Müxalifət.az