ABŞ-ın Suriyadakı təşkilatı qarşısında partlayış olub - 4 NƏFƏR ÖLÜB, 10 nəfər yaralanıb

Baxış sayı:
3847

Suriyanın şimal-qərbində ABŞ-ın humanitar yardım təşkilatının binası qarşısında partlayış törədilib.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə İdlibin mülki müdafiə təşkilatının müdiri Mustafa Hac Yusuf məlumat verib. Hadisə nəticəsində biri qadın olmaqla, 4 nəfər ölüb, 10 nəfər yaralanıb. Partlayış əyalətin Dana rayonunda baş verib. Hadisə bomba quraşdırılmış avtomobillə törədilib. Partlayış nəticəsində çox sayda binaya ziyan dəyib.