ABŞ-ın Suriyadakı ƏSL MƏQSƏDİ - Neftə nəzarət, yeni dövlət...

Baxış sayı:
1577

ABŞ, Türkiyənin Afrin əməliyyatından öncə son çıxışlarında siyasətini yumşaldaraq hərəkatla bağlı bir problemi olmadığını açıqlamışdı. ABŞ mətbuatı da əsl məqsədin neft olduğunu yazdı.
 
Suriyada milyonlarla insanın həyatını itirməsinə səbəb olan Amerikalılar, Türkiyədə qanlı hücumlar təşkil edən PKK-nın Suriyadakı çıxıntılarına da açıq şəkildə dəstək verib.
 
PKK-ya 5 MİN TIR DOLU SİLAH
 
YPG-li terrorçulara təxminən 5 min yük avtomobili silah və hərbi texnika göndərən Amerikanın gerçək əməllərini “The New York Times” yazıb.
 
2 İLDİR ki, İNVESTİSİYA QOYULUR
 
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarlı bir şəkildə Afrinə əməliyyat keçirəcəyini söyləməsindən sonra Amerika mətbuatında çıxan yazıda, 2 ildir ki, regiona mühüm investisiyalar qoyulduğuna diqqət çəkildi.
 
ABŞ-ın SURİYADAKI ƏSL HƏDƏFİ
 
“New York Times”-ın sözügedən yazısında "Amerika 2 ildir regiona ciddi bir şəkildə investisiya qoydu. İndi bir dövlət yaratmaq məqsədi var. Bu region əslində Suriyanın ən zəngin neft yataqlarına sahibdir" deyə, qeyd olunub.  Bu da o anlama gəlir ki, ABŞ kukla dövlət qurmaq adı altında müxtəlif geosiyasi maraqlarını təmin etməklə bərabər, həm də Suriyadakı zəngin neft yataqlarına da nəzarəti əlində saxlamaq istəyindədir.

Müxalifət.az