ABŞ-ın Suriyadakı çirkli sirri: Əsəd ilə de-fakto İTTİFAQ – AMERİKALI YAZAR İFŞA ETDİ

Baxış sayı:
5794

Amerikalı yazar Gutman, ABŞ-ın PYD-nin nəzarətində, de-fakto bölgə qurmağa çalışdığı mülahizələrini bir addım irəli daşıyaraq, bu vəziyyətdən Əsəd rejiminin də xəbərdar olduğu, hətta ABŞ rəhbərliyi və Dəməşq arasında gizli bir ittifaq olduğunu bildirib.
 
Amerikalı publisist Roy Gutman, Suriyanın şimalındakı PYD/PKK quruluşu ilə bağlı olaraq, "Həm Obama, həm də Tramp rəhbərliyi, bol dəlilə baxmayaraq SDG-nin yüksək səviyyəli Kürd liderlərinin PKK-dan müstəqil olduğunu iddia edib. Suriyanın şimalında və Afrində nəzarəti əlində saxlayan Kürd ünsürlər, PKK-nın Suriyadakı əlaltılarıdır. Amerika ordusunun istəyi ilə adını YPG-dən SDG-yə çevirmişdir və bu quruluş altındakı bütün ünsürlər, Qəndildə yerləşən PKK liderliyinə hesabat verir" deyə, gerçəkləri dilə gətirib.
Qutmanın ABŞ-da nəşr edilən “Daily Beast” adlı xəbər portalında "ABŞ-ın Suriyadakı çirkli sirri: Əsəd ilə de-fakto ittifaq" başlıqlı bir məqaləsi dərc olunub.
 
PYD/YPG QURUCULUĞU PKK-nın SURİYA QOLU
 
Məqaləsində "ABŞ-ın PYD/PKK ilə iş birliyi üzərindən bilvasitə olaraq Bəşşar Əsəd rejimi ilə də əməkdaşlıq etdiyini ifadə edən Gutman, ABŞ-ın PKK-dan ayrı bir quruluş kimi təqdim etməyə çalışdığı PYD/YPG quruculuğunun isə açıq bir şəkildə" PKK-nın Suriya qolu" olduğunu vurğulayıb.
Gutman, Afrin əməliyyatı ilə birlikdə qalan sıxışdırılan PYD/PKK ünsürləri üçün, "ABŞ-ın Suriyada IŞİD-ə qarşı birgə çalışdığı Kürd qüvvələr Türkiyə ilə meydan müharibəsinə girişdi və yardım üçün indi gözünü Dəməşq rejiminə çevirib" deyə, qeyd edib.
 
PYD/PKK İLƏ ƏSƏD ARASINDA İŞ BİRLİYİ
 
Türkiyənin Afrin əməliyyatının, Pentaqonun uzun bir müddətdir örtməyə çalışdığı bir həqiqəti ortaya çıxardığını qeyd edən Gutman, "ABŞ-ın IŞİD-lə mübarizədə kürəyini söykədiyi Kürdlərin rəhbərliyindəki SDG, Bəşşar Əsəd rejimi ilə əməkdaşlıq edir" deyə, bildirib.
Türkiyənin Azad Suriya Ordusu ilə (ASO) həyata keçirdiyi “Zeytun Budağı” hərəkatı çərçivəsində hər keçən gün Afrində yeni sahələri PYD/PKK ünsürlərindən aldığını bildirən Gutman, tam da bu nöqtədə SDG adını istifadə edən PYD/PKK-nın Əsəd rejimindən kömək istədiyini ifadə edb. Suriyanın digər bölgələrindəki SDG ünsürlərinin Afrinə köməyə getdiyini vurğulayan Gutman, buna baxmayaraq SDG döyüşçülərinin diqqətə dəyər bir uğur əldə etməkdən çox uzaq olduqlarını bildirib.
 
QƏNDİLDƏKİ PKK LİDERLİYİNƏ HESABAT VERİRLƏR
 
Gutman məqaləsində bu ifadələrə yer verib:
“Həm Obama, həm də Tramp rəhbərliyi, bol dəlilə baxmayaraq SDG-nin yüksək səviyyəli Kürd liderlərinin PKK-dan müstəqil olduğunu iddia edib. ABŞ rəhbərliyi, SDG-nin müxtəlif variasiyaları olduğunu müdafiə etmək üçün həqiqətin özünə qarşı səsini azaltmaq məcburiyyətində qaldı. Suriyanın şimalında və Afrində nəzarəti əlində saxlayan Kürd ünsürlər, PKK-nın Suriyadakı əlaltılarıdır. Amerika ordusunun istəyi ilə adını YPG-dən SDG-yə çevirmişdir və bu quruluş altındakı bütün ünsürlər, Qəndildə yerləşən PKK liderliyinə hesab verir".
Gutman, 2012-ci ildə Əsəd rejiminin açar təslim şəkilndə Suriyanın şimalındakı bir çox bölgəni Kürd ünsürlərə verdiyinə diqqət çəkərək, PKK/PYD ilə Əsəd rejimi arasındakı köhnə iş birliyinə diqqəti çəkib.
 
MİNİ TOTALİTAR DÖVLƏT
 
PYD-nin "Suriyanın şimalındakı şəhərlərdə siyasi hakimiyyətini təmin etmək üçün hər şeyi etdiyini qeyd edən Gutman," PYD nəzarəti altındakı rayonlardan ən azı yarım milyon insan İraqın şimalına, yüz minlərlə də Türkiyə və Şərqi Avropaya qaçdı. Hətta Obama dövründə xidmət edən keçmiş Xarici İşlər Nazirliyinin rəsmisi, PYD nəzarətindəki rəhbərliyi mini totalitar dövlət sözləri ilə səciyyələndirmişdi" deyə, dəyərləndirmə edib.
Gutman, həmçinin PYD ilə Əsəd rejimi arasında əməkdaşlığa dair, "Əsəd rejimi də PYD-yə döndü, çünki yalnız PYD rejimə qarşı qalxan Kürdləri yatırmağa könüllü oldu" şərhini verib.
 
ABD ÖZÜNÜ ƏSƏD REJİMİ İLƏ YANAŞI QOYDU
 
Gutman, Afrindəki PYD/PKK ünsürlərinin Türkiyə üçün necə bir təhdid yaratdığını "Son iki həftə ərzində Afrindəki SDG ünsürləri Türk yaşayış məntəqələrinə 83 raket və qaubitsa atdı ki, nəticədə biri Suriyalı qaçqın olmaqla, ümumilikdə 7 vətəndaş həyatını itirdi" sözləri ilə təsvir edib.
Türkiyənin Afrin əməliyyatının haqlı səbəblərə əsaslandığını bildirən Gunter, ABŞ-ın regiondakı ittifaq münasibətlərini yenidən nəzərdən keçirməsi lazım olduğuna işarə edib.
Müxalifət.az