ABŞ Suriyada İRAN BAZASINI VURDU

Baxış sayı:
8434

Suriyanın dövlət mətbuatı, ABŞ-ın başçılıq etdiyi koalisiyanın sübh vaxtı İran İnqilab Qvardiyasına bağlı olduğu iddia edilən bir hərbi bazaya təşkil etdiyi hava hücumunda 12 milisin öldüyünü yazıb.
 
İsrailin “Haaretz” qəzeti, ölən insanların Bəşər Əsəd rejiminə bağlı deyil, İranlı olduğu güman edilən əcnəbilər olduğunu bildirib.
Suriya ordusundan bir hərbi mənbə, ölkənin cənub-şərqindəki Əbu Kamal ilə Hamimiyə arasında yer alan hərbi obyektlərin hədəfə alındığını deyib.
Hizbullahdan edilən açıqlamada isə hücumun Fərat çayının qərbində İraq sərhəddinə 100 kilometr məsafədəki bir enerji kompleksinin yaxınlığında olduğu qeyd edilib.
İddialarıdan sonra danışan bir Amerikalı səlahiyyətli, hava hücumları haqqında bir məlumatı olmadığını deyib.
Müxalifət.az