ABŞ-ın Səudiyyəyə sanksiyası başladı - Qaşıqçı cinayəti
15-11-2018 19:57
Baxış sayı:
3331
ABŞ Maliyyə Nazirliyi Camal Qaşıqçı sui-qəsdində iştirakdan dolayı Səudiyyə Ərəbistanının 17 vətəndaşına sanksiya tətbiq edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə "Röyter" məlumat yayıb.
Sanksiya siyahısında vəliəhdin keçmiş müşaviri Səud Kahtani və Səudiyyənin İstanbuldakı konsulu Məhəmməd Uteybinin də olduğu bildirilib.