ABŞ-ın “Əsrin Müqaviləsi” planı qarşı Rusiyadan addım

Baxış sayı:
6235

Rusiyanın xarici işlər naziri Lavrov Fələstin-İsrail münasibətlərinə dair açıqlama verib. Lavrov, "İsrailin bizimlə olan ünsiyyətinə əsasən Rusiyanın ev sahibliyində ön şərt olmadan sülh prosesinə dair konfrans keçirilməsi barədə Fələstin rəhbərliyi ilə razılaşdıq" deyə bildirib. Fələstin rəhbərliyinin toplantı üçün hazır olduğunu, ancaq İsrailin hələ bir tarix vermədiyini bildirən Lavrov, bir tarix müəyyən etdiyi təqdirdə İsrailin təşəbbüsünə müsbət cavab verməyə hazır olduqlarını qeyd edib.
 
 İsrail-Fələstin sülh prosesində yaşanan durğunluğun iki dövlətli həll əsasında dinc üsulla aşıla biləcəyini ifadə edən Lavrov Ərəb Sülh Planını müzakirədən çıxarılması cəhdlərinin olduğunu bildirərək ABŞ-ın İsrail-Fələstin məsələsinə həll tapmaq məqsədilə hazırladığı "Əsrin Müqaviləsi" planına işarə edib.
Sözügedən planın son şəklini gözlədiklərini ifadə edən Lavrov, Ərəb Sülh Planının müzakirədən çıxarılmaması, Fələstin məsələsinə dair beynəlxalq müqavilələrin manipulyasiya edilməməsinin lazım olduğunu düşündüklərini dilə gətirib.
Müxalifət.az