ABŞ sorğu apardı: Ərdoğan lider çıxdı

Baxış sayı:
5968

ABŞ-ın beyin mərkəzi olan “Vashington Institute” tərəfindən Küveyt xalqı üzərində aparılan rəy sorğusunda prezident Rəcəb Tayyib Ərdoğan ən sevilən dünya lideri seçilib.
 
 
Küveyt qəzeti “Alqabas” tərəfindən verilən xəbər, "Küveytlilər Trampa qəzəblidir, Ərdoğanı sevir" başlığı ilə verilib.
Küveytlilərin ABŞ prezidenti Donald Trampa olan dəstəklərinin 5 faiz olduğu ifadə edilən xəbərdə, Ərdoğanın isə Küveytlilərin 64 faizinin sevgisini qazandığı qeyd olunub.
İctimai rəy yoxlaması nəticələrinə görə, xarici liderlər arasında Ərdoğandan sonra ikinci sırada 49% ilə Çinin dövlət başçısı Şi Cinping yer alıb.
Rusiya prezidenti Vladimir Putinin də Tramp ilə eyni səviyyəyə malik olması diqqəti çəkib.
Müxalifət.az