ABŞ-a Şok: İngilislər Amerika-İŞİD İTTİFAQINI DÜNYAYA YAYDI

Baxış sayı:
905

Suriyada terror təşkilatı PYD/PKK-dan qaçan Talal Silonun Anadolu Agentliyinə etdiyi etiraflarını İngilis xəbər agentliyi Reuters bütün dünyaya yayıb.
 
Agentlik ABŞ-ın terror təşkilatı İŞİD-lə çirkli əməkdaşlığını bütün dünyaya çatdırıb.
Xatırladaq ki, terror təşkilatı PYD/PKK-nın örtük təşkilatı SDG-dən qaçan sözçüsü polkovnik Talal Silo, Suriyada PYD/PKK işğalındakı bölgədən keçən ay ortalarında qaçıb gəldiyi Türkiyədə Anadolu Agentliyinin suallarını cavablandırmışdı.
SDG-də terror təşkilatının rəhbərliyi ilə olduqca yaxın əlaqələr quran Silo, Amerikalı rəsmilərin silah yardımları ilə bağlı məlum olmayan bir çox detalı gözlər önünə sərmişdi.
Silo, SDG-nin necə qurulduğunu, PYD/PKK-nın Suriyanın şimalından dənizə çıxış dəhlizi məsələsində ABŞ rəsmilərinin nə dediklərini, Raqqadan İŞİD terrorçularını təxliyə müqaviləsinin necə keçirildiyini və Türkiyənin Karaçok əməliyyatının nəticələri kimi bir sıra məsələni aydınlaşdırmışdı.
 
 REUTERS DÜNYAYA ÇATDIRDI
 
ABŞ-ın terror təşkilatı İŞİD və YPG-yə dəstəyini açıq şəkildə etiraf edən Silonun açıqlamalarını İngilis xəbər agentliyi “Reuters” xəbər olaraq bütün dünyaya yayıb. “Reuters”, ABŞ-ın Yaxın Şərqdə terror təşkilatları üzərindən necə bir oyun oynadığını bütün dünyaya çatdırıb.
 
İNGİLİSLƏRDƏN ABŞ-a İKİNCİ ŞOK
 
ABŞ-ın nəzarətində YPG və İŞİD-in razılaşaraq Raqqadan çıxış görüntülərini də yenə İngilis nəşr orqanı BBC dünyaya çatdırmışdı.
Müxalifət.az