ABŞ əsgərləri Suriyada qalmamalıdır - Rusiya

Baxış sayı:
921

Suriyanın icazəsi olmadan ABŞ əsgərləri bu ölkənin torpaqlarında qalmamalıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.
ABŞ əsgərlərinin Suriyada olmasının Milli Dialoq Konqresinə mənfi təsir göstərəcəyini vurğulayan Lavrentyev ABŞ-ın Soçi konqresinə müşahidəçi olaraq qatılmasını gözlədiklərini bildirib.