​ABŞ səfirlikləri vətəndaşlarını ehtiyatlı olmağa çağırdılar

Baxış sayı:
2747

ABŞ-ın Yaxın Şərq və bir sıra Avropa ölkələrindəki səfirlikləri prezident Donald Trampın İsrailin paytaxtı kimi Qüdsü tanımaq qərarını dilə gətirməsindən sonra vətəndaşlarını mümkün etiraz nümayişləri barədə xəbərdar edib. "Report" xəbər verir ki, D.Trampın açıqlamasından dərhal sonra ABŞ-ın Türkiyə, İordaniya, Almaniya və Böyük Britaniyadakı səfirlikləri amerikalıları diqqətli və ehtiyatlı olmağa çağıran xəbərdarlıqlar edib. ABŞ-ın Ankaradakı səfirliyi diplomatik missiyanın binasının yanında, eləcə də İstanbuldakı konsulluğun yanında etiraz aksiyaları keçiriləcəyini gözləyir. ABŞ-ın Əmmandakı səfirliyi dekabrın 7-də səfirliyin bağlı olacağını bildirib və əməkdaşlarına paytaxtı tərk etməməyə çağırıb. Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi öz saytında bu cür xəbərdarlıq yerləşdirməyib.