ABŞ səfirindən terrorçuları ziyarət

Baxış sayı:
3670

Türk ordusunun toplarla Fəratın şərqindəki bölgələri bombalayandan sonra 17 nəfər PKK terrorçusunun öldüyü, onlarla da yaralandığı bildirildi. Tel Abyad-Akçakala sərhədində, Türk əsgərinin atəşi nəticəsində yaralananlar arasında özünü bir jurnalist kimi təqdim edən və PKK mətbuatında çalışan Gülistan Miheme-in olduğu da deyilir. Tel Abyad-da yaralanmasından sonra terrorçu qadın müalicə üçün Münbiçdəki bir xəstəxanaya aparılıb.
 
Terror təşkilatı PKK-nın təbliğat ruporu olan yaralı qadın, ABŞ nümayəndəsi səviyyəsində ziyarət edilib. Bu şəxs İŞİD ilə mübarizə üzrə ABŞ-ın xüsusi nümayəndələrindən olan səfir William Roebuck olub. Ziyarət əsnasında yaralanan PKK üzvünü tərifləyən Roebuck, "Sən çox cəsur bir qadınsan. Tezliklə sağal" deyib.
Qəndil qrupu və PKK tərəfdarlarından təşkil olunan Münbiç Hərbi Şurasını ziyarət edən Roebuck, bu təşkilatın liderləri ilə görüşüb. Roebuck, Qəndil tərəfindən göndərilən PKK lideri Şervan Dervişə xüsusi diqqət göstərib. Münbiçə gələn hər bir amerikalı tərəfindən qəbul edilən Derviş, başdan ayağa terrorçulardan təşkil olunan Hərbi Şuranın sözçülüyünü edir.
Müxalifət.az