ABŞ səfirindən qalmaqal “işğala dəstək” açıqlaması

Baxış sayı:
5827

ABŞ-ın İsraildəki səfir David Friedman “New York Times” qəzetinə verdiyi müsahibədə, "Mövcud şərtlər altında İsrailin, hamısı olmasa da, Qərbi Yaxanın bəzi qisimlərini əlində tutmağa haqqı olduğunu düşünürəm" deyərək İsrailin ilhaq planına açıqdan dəstək verib.
 
ABŞ səfirinin bu sözlərinə Fələstin cəbhəsində təpki göstərilib.
Fələstin hökumətinin sözçüsü İbrahim Milhim ABŞ-ın İsraildakı səfiri David Friedmanın İsrailin Qərb Yaxanın bir qisimini ilhaq etməkdə haqqı olduğu yonündəki açıqlamasının onun "Yəhudi məskunlaşma qurumlarının elçisi" olduğunu təsdiq etdiyini bildirib.
Milhim Friedmanın açıqlamasının beynəlxalq legitimliyi pozduğunu, İsrailin Fələstin xalqına yönəlik təcavüzkar siyasətləriylə paralellik göstərdiyini, İsrailin böyümək arzuları və xarici siyasətini hələ siyasi yetkinliyə çatmamış bir qrupun əlinə təhvil verən super gücün (ABŞ) qalmaqalını əks etdirdiyini ifadə edib.
 
Sanki İsrail üçün işləyir
 
Dünyanın qeyri-qanuni qəbul etdiyi Qərbi Yaxadakı Yəhudi məskunlaşma qurumlarını İsrailin ilhaq planına açıqca dəstək olacağını ortaya qoyan Friedman, İsrailə yaxınlığı ilə diqqəti çəkir. Yəhudi əsilli Friedman seçki kampaniyası boyunca ABŞ prezidenti Donald Trampa İsrail mövzusunda məsləhətçilik etmişdi. Trampın İsrailə səfir olaraq təyin etdiyi Friedman Qərbi Yaxaya yeni Yəhudi məskunlaşma binalarının tikilməsi və ABŞ-ın səfirliyini Qüdsə daşımasına dəstək vermişdi.
Ötən il "Yəhudi məskunlaşma qurumları İsrailin bir parçasıdır" deyən Friedmana Fələstin lideri Mahmud Abbas da "İt oğlu it" deyərək təpkisi ortaya qoymuşdu.
Müxalifət.az