ABŞ səfirindən Münbiç açıqlaması

Baxış sayı:
4132

ABŞ Xarici İşlər Nazirliyinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Ankarada keçirilən Suriya mövzusunda 3-ci birgə işçi qrupu iclasından sonra mətbuat mənsublarının suallarını cavablandırıb.
 
ABŞ nümayəndəsi iclasda Fəratın şərqindən İdlibə, Suriyaya dair bütün məsələləri müzakirə etdiklərini bildirib.
 
 ABŞ VƏ TÜRKİYƏNİN YAXIN İŞ BİRLİYİ OLMADAN SURİYADA HƏLL MÜMKÜN DEYİL
 
Münbiçdə yol xəritəsi əsasında müxtəlif keşik-patrul fəaliyyətləri həyata keşirdiklərini dilə gətirən Cefri bunları deyib:
“ABŞ-ın Münbiçdə olan PYD və YPG üzvlərinin oradan ayrılması və yerli idarəetmədə bu təşkilatların üzvlərinin iştirak etməməsi barədə öhdəliyini yerinə yetirərək təhlükəsizlik araşdırması aparırıq. İlin sonuna qədər meyarları müəyyənləşdirərək ən qısa müddətdə bəzi addımlar atacağıq. Bunların bəziləri dekabrın sonuna qədər tamamlanacaq".
Cefri Münbiçdə iş birliyinin Suriyanın bütün ərazilərinə sülh gətirilməsi üçün model olduğunu vurğulayaraq, "ABŞ və Türkiyənin yaxın iş birliyi olmadan Suriyada yekun həll mümkün deyil" deyib.
 
MÜNBİÇ MODELİ İLƏ DİGƏR SAHƏLƏRİ DƏ MÜZAKİRƏ EDƏCƏYİK
 
Cefri Münbiç modelini tətbiq edəcəkləri digər sahələri birgə planlaşdırma prosesində müzakirə edəcəklərini, bu planlaşdırmanın başladığını söyləyib.
Cefri bu birgə planlaşdırmanın Türkiyəni İdlibdə dəstəkləməsini də əhatə edəcəyini bildirib.
Müxalifət.az