​ABŞ səfirindən Lavrovun Ermənistan açıqlamasına - Cavab

Baxış sayı:
6982

Ermənistanda 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı obyektiv və ətraflı araşdırma aparılmalıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistandakı daxili vəziyyətlə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
“Bizim məsələyə yanaşmamız dəyişməz olaraq qalır. İstintaq Ermənistan qanunlarına uyğun şəkildə aparılmalıdır”, - səfir bildirib.
Qeyd edək ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistandakı vəziyyətin “qaynamağa” davam etdiyini açıqlamışdı.