ABŞ senatorundan Türkiyə və Suriya çıxışı

Baxış sayı:
6640

ABŞ-ın Cənubi Karolina senatoru Respublikaçı Lindsey Qrehem, ABŞ rəsmilərinin Avropa ölkələrindən Suriyada Türkiyə sərhədi boyunca bir tampon bölgə yaratmaq üçün Suriyaya əsgər göndərmələrini istəyəcəyini, bu qəbul edildiyi təqdirdə, ABŞ prezidenti Donald Trampın da müəyyən sayda Amerikan əsgərini Suriyada saxlamağa razı olduğunu deyib.
 
Bu sözləri ABŞ-ın Cənubi Karolina senatoru Respublikaçı Lindsey Qrehem, Almaniyanın Münhen şəhərində keçirilən Münhen Təhlükəsizlik Forumunda çıxş edərkən deyib.
Sözügedən planı "İŞİD xilafətindən sonrakı strategiya" kimi təsvir edən Qrehem, bu planın detallarını ABŞ prezidenti Donald Tramp ilə əhatəli bir şəkildə danışdıqlarını bildirib.
Qrehem, "Prezident Tramp yaxında sizə gələcək və yardımınızı istəyəcək və siz də ümid edirəm ki, bəli deyəcəksiniz və buna qarşılıq isə ABŞ-a məxsus “qabiliyyətlərimiz” də Suriyadakı müharibədə qalmağa davam edəcək" deyə söyləyib.
Amerikalı senator baş qərargah rəisi Yozef Dunfordun da Suriyaya əsgər göndərmə mövzusunda həmkarları ilə görüşəcəyini deyib.
 
Biz oyun qurmasaq, Türkiyə girəcək
 
Bütün Avropanın İŞİD təhlükəsindən əzab çəkdiyini qeyd edən Qrehem, İŞİD-dan sonrakı strategiyanın İŞİD ilə mübarizədən fərqli olmasının lazım olduğunu söyləyib.
Qrehem, "Biz oyun yaratmasaq, Türkiyə Suriyaya girər və YPG təhdidi ilə məşğul olar" deyə söyləyib.
Terror təşkilatının ABŞ-a İŞİD ilə mübarizədə dəstək verdiyini dilə gətirən Qrehem, belə davam edib:
“YPG Türkiyənin gözündə PKK-nın uzantısıdır və sərhədlərində YPG-yə dözməyəcəklər. Bu problemi həll etmək məsələsində müttəfiqimiz Türkiyəyə borcluyuq. SDG-nin çəkilib, sonra müharibənin onları məhv etməməsi üçün SDG-yə borcluyuq. Bunun üçün “kim bizə kömək edəcək” deyə gələcəkdə bu sualın olmaması üçün bu problemi həll etmək lazımdır və bu baxımdan təhlükəsiz bölgəyə ehtiyacımız var. Bu təhlükəsiz bölgədəki əsgərlər eyni zamanda İŞİD-ın təkrar ortaya çıxmamasını təqib etməlidir. Bunu etməsək, İran Qərbin çəkilməsi ilə Suriyadakı ən böyük qazanan olacaq".
Müxalifət.az