ABŞ senatorundan Səudiyyə vəliəhdinə “mafiya” bənzətməsi

Baxış sayı:
8389

ABŞ-lı Respublikaçı senator Marko Rubio Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı Camal Qaşıqçı cinayətindən sıyrılmağa çalışmaqla və "mafiya kimi davranmaqla" günahlandırıb.
 
Səudiyyə vəliəhdini sərt tənqid edən senator Rubio, Ər-Riyadın Qaşıqçı cinayətindən sıyrılmaq üçün hər yolu sınadığını söyləyib. Rubio, Səudiyyə vəliəhdinə istinadən, "O qəddar biridir. Bunun bu gənc adamla əlaqədar ədalətsiz bir şərh olduğunu düşünənlər onun son iki ildə etdiklərinə bir baxsın. Olanlar sanki James Bond filmindən hissələr kimidir" deyib.
Vəliəhd şahzadəni mafiya şəbəkəsinə bənzədən Rubio, "O, (Qaşıqçı cinayətindən) necə sıyrıla biləcəyi ilə bağlı limitləri test edir" deyib.
Müxalifət.az