​ABŞ senatoru Makkeyn vida memuarı yazdı – Donald Trampı ittiham etdi

Baxış sayı:
5875

ABŞ senatoru Con Makkeyn beyin xərçəngi ilə mübarizə apardığı bir zaman vida memuarında prezident Donald Trampı Amerika dəyərlərinə sadiq qala bilmədiyi üçün tənqid edir.
 
81 yaşlı senator yeni “Narahat Dalğalar” kitabında Donald Tramp haqqında bu ifadələri işlədib:
 
“Göründüyü qədərilə sərt görüntü yaratmaq, ya da ki, realiti şoulara xas olan sərtlik nümayişi onun üçün bizim dəyərlərdən daha vacibdir.”
 
1960-cı illərdə Şimali Vyetnamda müharibə əsiri və 2008-ci ildə respublikaçıların prezidentliyə namizədi olmuş Arizona senatoru heç bir peşmançılıq hissinin olmadığını və xəstəliyə görə senator kimi xidmətinin son dövrünü yaşadığını deyib. Dekabrdan bəri Vaşinqtondan kənarda qalan Makkeyn Arizonada müalicə prosesindən keçir və mütəmadi olaraq milli və beynəlxalq məsələlərlə bağlı şərhlər verir. (Amerikanın Səsi)