ABŞ senatorlarından Səudiyyəyə sərt sözlər: AĞIR BƏDƏL ÖDƏYƏCƏK

Baxış sayı:
2119

Respublikaçı Partiyanın önəmli şəxslərindən olan Cənubi Karolinanın senatoru Lindsey Qrehem, Səudiyyəli journalist Qaşıqçı-nın aqibəti haqqında Twitter hesabından açıqlama verərək Ər-Riyad rejimini sərt tənqid edib.
 
SƏUD RƏHBƏRLİYİ DƏQİQ CAVABLAR VERMƏK MƏCBURİYYƏTİNDƏDİR
 
Səudiyyəli jurnalist Qaşıqçı-nın vəziyyəti ilə bağlı gündəmə gələn narahatçılıqları tamamilə bölüşdüyünü qeyd edən Qrehem, “Cənab Qaşıqçı-nın başına nə gəlibsə, bunu aşkara çıxarmamız, Səudiyyə rəhbərliyinin Qaşıqçı-nın harada olması ilə bağlı məlumatlara və apardığı araşdırmaya dair dəqiq cavablar verməsi bir zərurətdir” deyə qeyd edib.
 
“ƏĞƏR DOĞRUDURSA, BUNUN AĞIR BİR BƏDƏLİ OLACAQ”
 
Başqa bir Respublikaçı senator Bob Corker və Demokrat senator Ben Cardın ilə bu barədə danışdığını və hər iki senatorun də eyni narahatçılıqları bölüşdüyünü vurğulayan Qrehem, bu ifadələri işlədib:
“Səudiyyə-ABŞ əlaqəsinə zərər gəlməməsi üçün artıq (bu barədə) dürüst cavablar verilməlidir. Əgər Səudiyyə rəhbərliyinin səhv etdiyinə dair iddialarda hər hansı bir həqiqət payı varsa, bu vəziyyət ABŞ-Səudiyyə münasibətlərinə dağıdıcı təsir edəcəyi, həmçinin həm iqtisadi, həm də digər aspektlərdən bunun ağır bədəlinin olacağı məsələsində həmfikirik".
Müxalifət.az