ABŞ senatorlarından SANKSİYA TƏHDİDİ: TÜRKİYƏYƏ F-35 VERİLMƏSİN

Baxış sayı:
2980

ABŞ Konqresində bəzi senatorlar, F-35 təyyarələrinin Türkiyəyə təhvilini əngəlləmək üçün qanun layihəsi təqdim edib. Qanun layihəsinə əsas olaraq ABŞ əsilli keşiş-casus Endryu Kreyq Brunsonun Türkiyədə məhbus olması göstərilib.
 
ABŞ-da aralarında Respublikaçı və Demokratların olduğu bir qrup senator, ABŞ-lı keşiş-casus Endryu Kreyq Brunsonun həbsinin davam etməsi səbəbindən Türkiyəyə yeni F-35 döyüş təyyarələrinin verilməsini əngəlləmək istəyir.
Müvafiq qanun layihəsi, senatorlar Ceyms Lankford, Janna Shaheen və Thom Tillis tərəfindən təqdim olunub.
Lankford, bu səbəblə Türk hökumətinə həssas texnologiyaların satılmasının son dərəcə riskli olduğunu bildirib.
 
TÜRK HÖKUMƏTİ GEDƏRƏK RUSİYAYA YAXINLAŞIR
 
Lankford, "Türkiyənin strateji qərarları təəssüf ki, tədricən xətdən çıxır və bəzən ABŞ-ın maraqları ilə toqquşur. Bundan başqa, Türk hökuməti getdikcə daha çox Rusiyaya yaxınlaşır və eyni zamanda Amerika din adamını siyasi müzakirələrdə “alət” kimi istifadə etmək üçün onu günahsız yerə həbsxanada saxlayır" deyə, söyləyib.
Senator Tillis də Türkiyəni iki ölkə arasında münasibətləri pozmaqda günahlandırıb.
Müxalifət.az