ABŞ Senatında Pompeonu ƏRDOĞANA GÖRƏ TƏRLƏTDİLƏR

Baxış sayı:
4408

Trampın vəzifədən aldığı Tillersonın yerinə Xarici İşlər Naziri kimi namizəd göstərdiyi MKİ direktoru Mayk Pompeo, Senatın Xarici Əlaqələr Komissiyasında senatorların suallarını cavablandırıb. Bir senator Pompeoya çox sərt bir Türkiyə sualı yönləndirib ki, Pompeo nə deyəcəyini bilməyib.
 
Komissiyanın Demokrat üzvü Bob Menendez, Xarici İşlər Naziri vəzifəsinə namizəd olan Pompeoya, Türkiyənin dövlət başçısı Ərdoğan, İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putinin Suriya mövzusundakı toplantıdan sonra birlikdə çəkdirdikləri şəkli soruşub.
 
“BU ŞƏKİLDƏ SƏHV OLAN ŞEY NƏDİR”?
 
Senator Menendez, sessiyada üzərində" Suriyanın gələcəyini müzakirə etmək üçün kimlər yığışır" yazılı şəkli Pompeoya göstərərək, "Bu fotoşəkil 4 apreldə çəkildi. Bu şəkildə səhv olanın nə olduğunu mənə deyə bilərsinizmi" deyə, soruşub.
 
“KÜRƏYİMİZİ DAYADIĞIMIZ YPG-yə HÜCÜM EDƏN TÜRKİYƏ BU FOTOŞƏKİLDƏDİR! AMMA ABŞ YOXDUR”!
 
Pompeonun, “Senator, mənə yardım etməyiniz lazımdır. Bu şəkli, ya da buna bənzər bir şəkli daha əvvəl görmüşəm "sözlərinə qarşılıq Menendez, “Səhv olan şey, ABŞ orada olmamasıdır. Səhv olan, İran, Rusiya və NATO müttəfiqimiz olan Türkiyədir, sanksiya qaydalarına zidd olaraq, Rusiyadan S-400 raketləri alan Türkiyədir. Bizim müttəfiqimiz olan Türkiyə, İŞİD-ə qalib gəlmək üçün kürəyimizi dayadığımız YPG-yə hücum edən Türkiyə. Bu üç lider Suriyanın gələcəyini danışmaq üçün görüşür, lakin fotoşəkildə ABŞ yoxdur. Bu görüşün Suriyanın gələcəyinə necə təsir edəcəyini bilirsinizmi"? deyə, söyləyib.
 
POMPEO: TÜRKİYƏNİN AFRİNƏ GİRMƏSİ İŞLƏRİ QARIŞDIRDI
 
Pompeo suala cavab olaraq "Bu görüşlərin parçası ola bilərik" - deyib və Türkiyənin Afrinə girməsinin vəziyyəti daha qarışıq hala gətirdiyini vurğulayıb. Pompeo, güclü diplomatik səy ilə bu görüşlərdə iştirak edəcəklərini və əslində doğru olanın da bu olduğunu deyib.
Müxalifət.az