ABŞ Əsədin bazalarını darmadağın edə bilər - GİZLİ İCLAS

Baxış sayı:
4420

ABŞ Prezident Administrasiyası Suriya hakimiyyətinə qarşı yeni hərbi aksiyaları nəzərdən keçirir.
Muxalifət.az xəbər verir ki, “Vaşinqton Post” qəzeti Trampın öz müşavirlərindən Əsədin kimyəvi hücuma görə necə cəzalandırılması gərəkdiyi barədə variantlar təqdim etmələrini istədiyini yazıb. Prezidentin təşkil etdiyi xüsusi iclasda Administrasiya rəhbəri Con Kelli, Milli təhlükəsizlik üzrə müşavir Herbert Makmaster və Müdafiə naziri Ceyms Mettis iştirak edib. İclas zamanı Mettis hərbi hücuma qarşı çıxıb, Makmaster isə bunu tam dəstəkləyib.
ABŞ Müdafiə Nazirliyi yayılan informasiyanı tam təkzib edib.
Qeyd edək ki, ABŞ sonuncu dəfə Suriya hökumətinə keçən ilin aprelində hücum edib. Əsəd rejiminə aid olan bazaya 59 qanadlı raket endirilib.