​ABŞ-ın sanksiyalarla Rusiyaya zərər vura bilməməsinin - Səbəbi

Baxış sayı:
6136

Ukrayna üzərindən yüklərin daşınmasına da hazırıq, amma bizim istədiyimiz şərtlərlə. Hazırda ukraynalıların tərəfdarı olmayacağı bir sıra ünsürlər var.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
Pankin Vaşinqtonun ABŞ və Avropada iş dünyasının qazanması üçün hərəkət etməsinin vacib olduğunu vurğulayıb. O, ABŞ-ın sanksiyalar vasitəsilə Rusiyaya böyük həcmdə zərər vura bilmədiyini söyləyib:
“Bunun bizə zərər verməməsinin səbəbi sanksiyaların dövlət borcunu və ya dollar əməliyyatlarını hədəf almasıdır”.
Moskvanın Vaşinqtonla dialoqa hazır olduğunu deyən Pankin yeni sanksiyalar tətbiq edilərsə, cavab verə biləcəklərini qeyd edib. O, həmçinin qeyd edib ki, sanksiyaların nəticəsi kimi Moskva dolların təsirindən qaçmağa çalışsa da, bu valyutadan tamamilə imtina etməyəcək:
“Rusiya bir sıra ölkələrlə əməliyyatları dollardan başqa valyutalar vasitəsilə həyata keçirmək üçün danışıqlar aparır. Avropanın da Rusiya ilə ticarətdə avrodan istifadə etməsi məqbuldur. Ancaq neft və qaz ticarətində bu il avro ilə ödəniş etmək ehtimalı aşağıdır”.