​ABŞ-ın sanksiyalarından qorunmaq üçün İRANDA XÜSUSİ KOMİSSİYA YARADILIB

Baxış sayı:
3229

İran ABŞ-ın sanksiyalarından mümkün çıxış yolları üçün xüsusi komissiya yaradıb. Bu barədə İran Parlamentinin Enerji Komissiyasının vitse-prezidenti Hüseyin Emiri Hamkani deyib.
O bildirib ki, ABŞ-ın İranın neft satışına yönələn sanksiyalarından mümkün çıxış yolları məqsədilə Energetika Nazirliyində xüsusi komissiya yaradılıb.
Xatırladaq ki, ABŞ-ın İranın əsasən neft ixracını hədəf alan ikinci sanksiya paketi noyabrın 5-də qüvvəyə minəcək.